“Məktəblinin dostu” komandası qalib olub
Bakı, 12 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin futbol üzrə daxili çempionatının final oyunu və qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yarışda ümumilikdə 12 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Final oyununda “Məktəblinin dostu” və “Təhsil İnstitutu” komandaları qarşılaşıb. “Məktəblinin dostu” komandası rəqibini 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.
Komandaların mükafatlandırılması mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.
Xatırladaq ki, mayın 22-də başlanan çempionatın keçirilməsində əsas məqsəd futbol idman növünün kütləviliyinin təmin edilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarətdir.