MƏDƏNİYYƏT
“Mən Feyerbaxam” monotamaşasının premyerası keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” adlı monotamaşanın premyerası keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində rolu Əməkdar artist Şövqi Hüseynov ifa edib.
Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskovdur.
Alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanan monotamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.
Qeyd edək ki, əsər ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.