Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2034024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 98,9609 (4,5 faiz) manat və 99,0799 (3,98 faiz) manat olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 68,771,500 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,0296 (4,2 faiz) manat, orta ölçülmüş qiyməti isə 99,0629 (4,05 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il fevralın 8-də ödəniləcək.
Həmin gün Mərkəzi Bankın AZ2033024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 99,6752 (4,19 faiz) manat və 99,7363 (3,4 faiz) manat olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 milyon 17 min 800 manat olub. Notların kəsmə qiyməti 99,7054 (3,8 faiz) manat, orta ölçülmüş qiyməti isə 99,7218 (3,59 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar dekabrın 14-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.