MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 12-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Azərbaycan Respublikası Qanununun 2-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan Azərbaycan Milli İstiqlal Partiyasını dairə seçki komissiyalarında təmsil edən nümayəndələrin əvəzinə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların (Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Kommunist Partiyası) nümayəndələrini dairə seçki komissiyalarının üzvləri təyin etməyi qərara almışdır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 2 saylı Şərur-Babək dairə seçki komissiyasının üzvü R.Nuriyevin, 3 saylı Naxçıvan dairə seçki komissiyasının üzvü H.Muradovun, 4 saylı Babək-Şahbuz dairə seçki komissiyasının üzvü V.Həsənovun, 29 saylı Əli Bayramlı-Salyan dairə seçki komissiyasının üzvü V.Məmmədovun, 41 saylı Şuşa-Xocalı-Xocavənd dairə seçki komissiyasının üzvü Ə.Əliyevin, 60 saylı Qax-Zaqatala dairə seçki komissiyasının üzvü F.Qocayevin, 64 saylı Quba-Dəvəçi dairə seçki komissiyasının üzvü Q.Xəlilovun, 73 saylı Gədəbəy dairə seçki komissiyasının üzvləri A.Hüseynovun və O.Hüseynovanın, 80 saylı Oğuz-Şəki-Qəbələ dairə seçki komissiyasının üzvü E.Bilalovun, 95 saylı Cəbrayıl-Füzuli dairə seçki komissiyasının üzvləri H.Hüseynovun və A.Xəlilovun komissiya üzvlüyündən azad edilmələri haqqında qərar qəbul olunmuşdur.
A.Novruzov 2 saylı Şərur-Babək, Z.İsmayılov 3 saylı Naxçıvan şəhər, V.İsayev 4 saylı Şahbuz-Babək, S.Əzizov 29 saylı Əli Bayramlı-Salyan, H.Rəhmanov 41 saylı Xocalı-Xocavənd, R.Yəhyayev 60 saylı Qax-Zaqatala, A.Şamilbəyov 64 saylı Quba-Dəvəçi, İ.Aslanov və E.Hüseynov 73 saylı Gədəbəy, Ş.Məmmədli 80 saylı Oğuz-Şəki-Qəbələ, A.Bəyişov və F.Məmmədov 95 saylı Cəbrayıl-Füzuli dairə seçki komissiyasının üzvü təyin edilmişlər.
Azərbaycan Respublikasının Milli Məclisə seçkilər üzrə 4 saylı Babək-Şahbuz dairə seçki komissiyasının üzvü Ə.Quliyevin, 10 saylı Xətai dairə seçki komissiyasının üzvü Z.İsgəndərovun, 38 saylı Sumqayıt birinci dairə seçki komissiyasının üzvü R.Məmmədovun, 61 saylı Qəbələ dairə seçki komissiyasının üzvü M.Bağırovun və 73 saylı Gədəbəy dairə seçki komissiyasının üzvü T.Əliyevin komissiya üzvlüyündən azad edilmələri qərara alınmışdır.
A.Abbasov 4 saylı Babək-Şahbuz, Ə.İsmayılov 10 saylı Xətai ikinci, E.Yazıyev 38 saylı Sumqayıt birinci, T.İbrahimov 61 saylı Qəbələ, İ.Hüseynova 73 saylı Gədəbəy dairə seçki komissiyasının üzvü təyin olunmuşlar.
Komissiya “Referendum haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri ilə bağlı təlimatların və digər normativ sənədlərin layihələrinin təsdiq olunmasını qərara almışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti