MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikası ümumxalq səsverməsinin (referendumun) səsvermə bülletenlərinin formasını təsdiq etmişdir.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 93 saylı Xaçmaz-Dəvəçi dairə seçki komissiyasının üzvü S.Savadovanın, 94 saylı Hacıqabul-Salyan dairə seçki komissiyasının üzvü Z.Cəbrayılovanın komissiya üzvlüyündən azad edilmələri və onların yerinə T.Salahovanın 93 saylı Xaçmaz-Dəvəçi, L.Qurbanovun 94 saylı Hacıqabul-Salyan dairə seçki komissiyasının üzvü təyin olunması haqqında qərar çıxarmışdır.
İclasda həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 32 saylı Nizami dairə seçki komissiyasının üzvü Ü.Rzayevin, 84 saylı Salyan dairə seçki komissiyasının üzvü X.Məmmədovun, 94 saylı Hacıqabul-Salyan dairə seçki komissiyasının üzvü Z.Cəfərovun komissiya üzvlüyündən azad edilmələri qərara alınmışdır. Müvafiq olaraq N.Paşayevin 32 saylı Nizami, M.Bədəlovun 84 saylı Salyan, M.Dadaşovun 92 saylı Hacıqabul-Salyan dairə seçki komissiyasının üzvü təyin edilmələri barədə qərar qəbul olunmuşdur.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 66 saylı Zaqatala-Balakən dairə seçki komissiyasının üzvləri F.Əmirov və T.Şıxəmirovun komissiya üzvlüyündən azad olunması, İ.Ramazanovun 66 saylı Zaqatala-Balakən dairə seçki komissiyasının üzvü təyin edilməsi qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Böyuk Britaniyanın və İsrailin Bakıdakı səfirliklərinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti