MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, M.Pənahov qonağı səmimi salamlamış və ona müstəqil Azərbaycanın seçki tarixi, hazırkı seçkilərin əsas anlayışları və prinsipləri barədə məlumat vermişdir. Sədr qeyd etmişdir ki, ötən əsrin 90-cı illərindən indiyədək Azərbaycan seçicisinin seçkiyə münasibətində müsbət irəliləyişlər müşahidə edilir. Demokratik seçkilərin keçirilməsi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub. Lakin biz bununla kifayətlənmək fikrində deyilik. Seçki praktikasını daha da təkmilləşdirmək əzmindəyik. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamı da bizə inamlı addımlar atmaq üçün stimul verir.
Qonaq ətraflı məlumat üçün komissiya sədrinə təşəkkürünü bildirmiş və seçici vəsiqələrinin seçicilərə çatdırılması sahəsində işlərin gedişi, icra hakimiyyəti başçılarının seçki prosesinə qeyri-qanuni müdaxiləsi ilə bağlı faktların olub-olmaması və s. barədə suallar vermişdir.
MSK sədri seçici vəsiqələrinin paylanılması prosesinin qənaətbəxş səviyyədə getdiyini bildirmiş və demişdir ki, səsvermə gününə qədər seçicilərin böyük əksəriyyəti bu sənədi alacaqlar. İcra hakimiyyəti başılarının seçki prosesinə qeyri-qanuni müdaxiləsi ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olsa da, bunlar öz təsdiqini tapmayıb. Bu məsələ ilə bağlı əlimizdə konkret fakt yoxdur.
M.Pənahov qonağın digər suallarını da cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]