MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASINDA
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələyə baxılmışdır. MSK 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini qərara almışdır.
Sonra MSK-nın katibi Vidadi Mahmudov namizədi irəli sürülən subyektlər barədə seçki bülletenlərində göstərilməli olan bəzi məlumatlara dair məsələ haqqında məlumat vermişdir. MSK həmin məlumatların təsdiq edilməsi barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə 2005-ci il noyabrın 6-da Milli Məclisə keçiriləcək seçkilərdə kütləvi informasiya vasitələri nümayəndələrinin istifadə edəcəkləri lövhəciklərin formaları barədə məlumat vermişdir. Komissiya həmin lövhəcik formalarını təsdiq etmişdir.
MSK “Yeni Siyasət” siyasi partiyalar blokunun embleminin təsdiq olunması haqqında da qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]