MƏZUNLARLA GÖRÜŞ OLMUŞDUR
Azərbaycan Tibb Universitetində “Məzun-2003” adlı yığıncaq keçirilmişdir. Universitetdən müxbirimizə bildirmişlər ki, əvvəlcə məzunlar Azərbaycanın həkimlik - Hippokrat andını qəbul etmişlər. Rektor, akademik Əhliman Əmiraslanov yığıncağı açaraq Prezident Heydər Əliyevin ölkəmizin elm və təhsilinin, səhiyyəsinin inkişafına xüsusi önəm verməsindən və bu sahədəki uğurlardan danışmışdır.Natiq bildirmişdir ki, cari tədris ilində bu ali təhsil ocağını 1264, o cümlədən Türkiyə, İran, Hindistan və digər ölkələrdən olan 37 əcnəbi, hərbi tibb fakültəsini isə 26 tələbə bitirir.Çıxış edənlər məzunları təbrik etmiş, onlara uğurlar arzulamışlar.Təhsildə və ictimai işlərdə fərqlənənlərə, eləcə də hərbi tibb fakültəsini bitirən məzunlara diplomlar və kitablar hədiyyə olunmuşdur. Tədbirdə səhiyyə və müdafiə nazirliklərinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]