“Microsoft” “Internet Explorer”də “sıfır gün” boşluğunu aradan qaldırıb
Bakı, 14 fevral, AZƏRTAC
"Microsoft" öz proqram məhsulları ("Microsoft Windows", "Office", "IE", "Edge", "Net Framework", "Exchange Server", "Visual Studio", "Team Foundation Server" və "Asure IoT SDK Dynamics") üçün aylıq təhlükəsizlik yeniləmələri çıxarıb. Ümumilikdə 71 boşluq aradan qaldırılıb, onlardan 20-si kritik, 49-u təhlükəli və 4-ü orta təhlükəli kimi qeyd edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan başqa, şirkət "Internet Explorer" brauzerində "sıfır gün" (CVE - 2019-0676-da) boşluğunu aradan qaldırıb. Boşluqdan istifadə etmək üçün haker qurbanı zərərverici sayta daxil olmağa inandırmalı idi. Hücum edən tərəfin sistemdə avtorizasiyası hücumun həyata keçirilməsi üçün məcburi şərtdir.
Xatırladaq ki, bu yaxınlarda "Microsoft" şirkəti istifadəçiləri "Internet Explorer" brauzerinin istifadəsindən imtina etməyə səsləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [16:07]
İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib
- 03.11.2026 [15:19]
Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək
- 03.11.2026 [14:51]
Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib
- 03.11.2026 [14:40]