“MİCROSOFT” UN TEXNOLOGİYALARI ƏSASINDA HAZIRLANMIŞ YENİ İNFORMASİYA MƏHSULLARI TƏTBİQ EDİLİR
“SilverKey Technologies Azerbaijan” şirkəti (www.silverkey.az) “Microsoft Gold Certified partner” statusuna layiq görülmüşdür.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, bu status proqram təminatının hazırlanması sahəsində “Microsoft” şirkətinin Azərbaycandakı əməkdaşlığını genişləndirməyə, onun texnologiyaları əsasında yeni informasiya məhsullarının tətbiqinə imkan yaradır.
“SilverKey Technologies” ABŞ şirkətinin Azərbaycandakı nümayəndəliyi “SilverKey Technologies Azerbaijan” artıq 2 ildir ki, yüksək texnologiyalar bazarında fəaliyyət göstərir. Bu müddət ərzində şirkət veb-sayt və veb-məhsullar hazırlanması üzrə, elektron kommersiyanın tətbiqi sahəsində fəal işlər aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]