MİHİ Respublika Komitəsi tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi tərəfindən Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılıb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən məlumat verilib.