MİKRODALĞALI SOBADA YUMURTA BİŞİRMƏK TƏHLÜKƏLİDİR
AZƏRTAC-ın Röyter agentliyindən aldığı xəbərə görə, britaniyalı həkimlər məişət texnikası istehsalçılarından tələb etmişlər ki, mikrodalğalı yumurtanı sobada bişirməyin təhlükəli olduğu barədə alıcıları xəbərdar etsinlər. Sən demə, sobada bişən yumurtanın partlaması nəticəsində insan üz-gözündən xəsarət ala bilər.
Həkimlər mikrodalğalı sobada bişirilən yumurtanın partlaması nəticəsində 9 yaşlı qızın göz almacığı ciddi zədə aldıqdan sonra “Britiş Medical Journal” məcmuəsinə bu çağırışla müraciət etmişlər.
Bəzi oftalmoloqlar hesab edirlər ki, bu xəbərdarlığı təkcə təlimat vərəqəsinə deyil, mikrodalğalı sobanın üzərində də yazmaq lazımdır.