Millətlər Kuboku: dünya yığması bugünkü qarşılaşmalarda məğlub olub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də şahmat üzrə Millətlər Kuboku turnirində yeddinci və səkkizinci turların oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması yeddinci turda Hindistan komandasına 1,5:2,5 hesabı ilə məğlub olub. Şahmatçımız T.Rəcəbovun oyunu da uğurlu alınmayıb. Belə ki, T.Rəcəbov rəqibi Vişvanatan Ananda uduzub. Turun digər oyunlarında ABŞ yığması Rusiya, Çin millisi Avropa komandalarına 2,5:1,5 hesabı ilə qalib gəliblər.
Günün ikinci qarşılaşmasında, səkkizinci turun oyunlarında ABŞ komandası ilə mübarizə aparan dünya yığması növbəti məğlubiyyətlə üzləşib - 1:3. T.Rəcəbov isə bu tur istirahət edib. Səkkizinci turun digər matçlarında Rusiya Çin komandasına qalib gəlib, Avropa yığması Hindistan millisi ilə heç-heçə edib.
Ötən turların yekun nəticələrinə görə, Çin komandası 15 xalla liderliyini davam etdirir. ABŞ komandası 11 xalla ikinci, Avropa yığması 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya, Hindistan komandaları hərəyə 5 xal, dünya yığması 2 xal qazanıb.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]