Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ BANKIN İDARƏ HEYƏTİNİN SƏDRİ ELMAN RÜSTƏMOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Ötən 2007-ci il milli dövlət, iqtisadi quruculuq tariximizin çox uğurlu bir ili kimi artıq arxada qalmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası, dərin millilik və modern ideyaların əsasında reallaşdırılan əzəmətli quruculuq proqramları 2007-ci ildə və son 4 ildə ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmış və əhalinin həyat səviyyəsini yüksəltmişdir.

Nüfuzlu investisiya bankı olan “Qodman Saks” tərəfindən aparılmış iqtisadi inkişaf indeksi üzrə Azərbaycan bütün MDB ölkələrini qabaqlayaraq 170 ölkə arasında 61-ci yerdə qərarlaşıb. Azərbaycan 71-ci yerdə olan Ukraynanı, 81-ci yerdə olan Rusiyanı, 82-ci yerdə olan Ermənistanı, 100-cü yerdə olan Gürcüstanı əhəmiyyətli səviyyədə qabaqlamışdır. Qeyd etmək lazımdır ki, bu indeks təkcə makroiqtisadi göstəriciləri yox, həm də kompyuter, telefon, internetdən istifadə, orta təhsil səviyyəsi, orta ömürlülük, qanunun aliliyi və siyasi sabitlik kimi bir sıra sosial-siyasi parametrləri də əks etdirir.

Belə bir şəraitdə 2007-ci ilin sosial-iqtisadi inkişafının müzakirəsi, mövcud makroiqtisadi vəziyyətə qiymət vermək baxımından olduqca mühüm bir məqamdır. Ötən ildən ölkədə yüksək makroiqtisadi dinamika davam etmiş və qeyd edildiyi kimi, respublikada artıq 25 faizlik iqtisadi artıma nail olunmuşdur. Bu artım 2006-cı ildəki 35 faizlik artım bazasında həyata keçirilibdir.

Cənab Prezident, bu, olduqca yüksək bir nəticədir. Dünya Bankının bir qədər əvvəl dərc etdiyi proqnoz onu göstərir ki, yaxın 3-4 il ərzində də Azərbaycan dünyada iqtisadi artım sferasında öz liderlik mövqeyini qoruyub saxlayacaqdır.

Fərəhlidir ki, qeyri-neft sektorunda da həm ötən il, həm də bütövlükdə son dörd il ərzində ikirəqəmli iqtisadi artım davam edir. Bu onu göstərir ki, hökumətin əsas iqtisadi hədəflərindən biri olan iqtisadiyyatın şaxələnməsi strategiyası da ardıcıl həyata keçirilir. Makroiqtisadi baxımdan ölkədə məşğulluğun artması xüsusi qeyd olunmalıdır və Sizin seçki platformanızda irəli sürdüyünüz başlıca hədəflərdən biri, yəni 600 min iş yeri yaradılması hədəfi artıq dörd il ərzində reallaşdırılmışdır.

İqtisadi artım və neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməsi xarici aləmdə ölkənin iqtisadi mövqeyinin güclənməsinə gətirib çıxarmışdır. Son 3 ildə cari əməliyyatlar hesabının müsbət saldosu təxminən 50 dəfə artaraq 7 milyard ABŞ dollarını ötüb keçmişdir. Bu, ümumi daxili məhsulumuzun 30 faizini təşkil edir. Növbəti ildə bu göstəricinin 14 milyard dolları ötəcəyi gözlənilir. Ölkənin xalis kreditor mövqeyi əhəmiyyətli dərəcədə güclənmiş, xarici maliyyə aktivləri 3,3 milyard dollar artdığı halda, öhdəliklərimiz 2007-ci ildə 1,4 milyard dollar azalmışdır.

Ölkəyə xarici valyuta axınlarının artması nəticəsində strateji valyuta ehtiyatları son 4 il ərzində 4,5 dəfə artaraq 7 milyard ABŞ dollarını ötmüşdür. Hazırda strateji valyuta ehtiyatlarının qeyri-neft sektoru üzrə mal və xidmətlərin idxalını maliyyələşdirmə müddəti beynəlxalq normadan 5 dəfə yüksəkdir. Ötən il Milli Bankda valyuta ehtiyatları iki dəfə yüksələrək 4 milyard ABŞ dollarına çatmışdır. Biz həmin vəsaitlərin idarə olunmasından 150 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişik.

Bütövlükdə ötən il həm Neft Fondunda, həm də Milli Bankda saxlanılan strateji valyuta ehtiyatlarının strateji diversifikasiyası həyata keçirilmiş və bu zaman bizim bir valyutadan asılılığımızın, müxtəlif xarici sarsıntılara həssaslığın azaldılması və bununla ehtiyatların mütləq dəyərinin saxlanmasını təmin etmək vəzifəsi yerinə yetirilmişdir.

Dinamik inkişaf fonunda əhalinin həyat səviyyəsinin yaxşılaşması cəmiyyətdə sosial optimizmi xeyli yüksəltmişdir. Artıq Sizin qeyd etdiyiniz kimi, qısa tarixi dövrdə Azərbaycanda yoxsulluq həddi üç dəfədən çox azalmışdır. Yenə də Dünya Bankına istinad etsək, Azərbaycan yoxsulluğun azalma sürətinə görə dünyada birinci yeri tutur.

Eyni zamanda, qeyd etmək lazımdır ki, yüksək sosial-iqtisadi inkişaf sayəsində, bütövlükdə insanların həyat tərzi yaxşılaşır. Təkcə onu demək istəyirəm ki, keçən il əhali tərəfindən xarici turizm xidmətlərindən istifadə təxminən iki dəfə artmışdır. Cənab Prezident, dekabr ayında belə bir məlumat gəldi ki, turizm şirkətlərindən bir təklif yoxdur. Bir putyovka da yoxdur ki, insanlar qış istirahətinə getsin. Bu yeni bir həyat tərzinin formalaşması deməkdir. Əhalinin hər yüz nəfərinə düşən mobil telefon istifadəçilərinin sayı iki dəfə, internet istifadəçilərinin sayı isə 50 faiz artmışdır. Məhz bu göstəricilər əvvəlcə qeyd etdiyim kimi, bizim iqtisadi inkişaf reytinqi indeksinin əsasını təşkil edir.

Bütövlükdə, 2007-ci ildə Milli Bankın qarşısında mövcud makroiqtisadi durum şəraitində üç başlıca vəzifə dururdu. Birincisi, inflyasiyanın məhdudlaşdırılması, ikincisi, milli valyutanın məzənnəsinin sabitliyinin qorunması, üçüncüsü, bank sektorunun inkişaf və maliyyə sabitliyinin təmin olunması.

Bir qədər inflyasiya haqqında danışmaq istəyirəm. Təbii ki, bizim son illərdə rastlaşdığımız ən mühüm problemlərdən biri inflyasiya problemidir. Mətbuatdan məlumdur ki, bütövlükdə, bu gün inflyasiya artıq qlobal problem kimi dünya iqtisadiyyatının qarşısında durmuşdur. Misal üçün deyə bilərəm ki, ötən il avro zonasına daxil olan heç bir dövlət rəsmi olaraq öz üzərinə götürdüyü inflyasiya öhdəliyini yerinə yetirə bilmədi. Yalnız Hollandiyadan başqa. Bütün dövlətlər rəsmi olaraq avro birliyinə girəndə inflyasiya səviyyəsinə görə öhdəlik götürmüşdülər. Hollandiyadan başqa heç bir dövlət bu vəzifənin öhdəsindən gələ bilməmişdir.

Bütövlükdə bu, təbii ki, bir tərəfdən dünyada neftin qiymətinin artması ilə əlaqədardır. Cənab Prezident doqquz ayın yekunları ilə bağlı iclasda bunu çox düzgün əsaslandırmışdı ki, neft ixracçısı kimi biz bundan bir tərəfdən xeyir götürürük, digər tərəfdən isə bu, ölkəyə inflyasiya idxalını şərtləndirir. Bizim hesablamalarımız göstərir ki, ötən il inflyasiyanın təxminən 6 faizindən çoxu ölkəyə idxal olunmuşdur, yəni xarici amillərlə bağlıdır. Xarici amillər neft amili ilə bərabər, çox mühüm bir məsələ olaraq dünyada ərzaq balansının həddindən artıq kəskinləşməsi ilə əlaqədardır. Bir tərəfdən Asiya ölkələri iqtisadiyyatının yüksək sürətlə inkişafı və bu ölkələrin, xüsusilə də Çinin, Hindistanın ərzağa olan tələbatının kəskin artması ilə, digər tərəfdən isə yenə də neftin yüksək qiymətləri şəraitində ərzaq məhsullarının böyük hissəsinin yanacaq məqsədlərinə istifadə olunması ilə əlaqədardır. Bu amil daim vardır. Artıq permonent olaraq, bu, qeyd olunduğu kimi, hətta inkişaf etmiş dövlətlərin də iqtisadiyyatına təsir göstərir və o cümlədən Azərbaycanın da. İnflyasiyanın daxili amillərinə gəldikdə deməliyəm ki, biz çox yüksək inkişaf dinamikası seçmişik, ölkədə yüksək iqtisadi artım var, genişmiqyaslı proqramlar həyata keçiririk. Təbii ki, bu, inflyasiyanın bir qədər fəallaşmasına gətirib çıxarmalıdır. Çünki əhalinin əsas gəlir göstəricilərinin hamısı 40 faiz səviyyəsində qalxır. Belə olan bir şəraitdə inflyasiyanın bir qədər fəallaşması labüddür. Lakin digər tərəfdən dediyim kimi, əhalinin nominal gəlir parametrləri bizdə inflyasiyanın səviyyəsindən təxminən 2,5 dəfə artıqdır və bu, onu göstərir ki, ölkədə əhalinin real gəlirlərinin səviyyəsi ikirəqəmli, təxminən 20 faiz səviyyəsində təmin oluna bilir.

Məzənnə sabitliyi məsələsi də bizim qarşılaşdığımız mühüm problemlərdən biridir. Qeyd olunduğu kimi, ölkəyə əhəmiyyətli həcmdə valyuta axını vardır. Keçən il valyuta bazarının həcmi 12 milyard ABŞ dollarını ötüb keçdi. Bu, 2006-cı ildəkindən təxminən 2,5 dəfə çox idi. Bu bazarda 2 milyard dollar artıqlıq var idi. Yəni təklif tələbdən 2 milyard dollar artıq idi. Milli Bank bu vəsaiti sterilizasiya etdi və milli valyutanın kəskin möhkəmlənməsinin qarşısını aldı. Bütövlükdə milli valyutanın möhkəmlənməsi il ərzində 3 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, artıq 2000-ci ildən bəri bizim əhəmiyyətli şəkildə müəyyən ehtiyatlarımız var, bütövlükdə manatın belə bir göstəricisi var, real effektin məzənnəsi bu dövrdə bahalaşmamış, əksinə 15 faizə qədər ucuzlaşmışdır. Bu onu göstərir ki, əksinə biz rəqabət qabiliyyətimizi ortamüddətli bir dövrdə qoruyub saxlaya bilirik. Bu da öz növbəsində bizim qeyri-neft sektorunun ixracının artımında öz əksini tapır.

Bir neçə kəlmə bank sektoru haqqında. Bu sektor da iqtisadiyyatın ən yüksək dinamika ilə artan sektorlarından biridir. İl ərzində bank sisteminin artım göstəriciləri son 4 ildə müşahidə olunan ən yüksək səviyyəyə çataraq, orta hesabla 70-80 faiz, əhalinin əmanətləri isə il ərzində 2 dəfə artmışdır. Bütövlükdə isə 2004-cü ildən bank sisteminin aktivləri 5 dəfə artmışdır ki, bu da həmin dövrdə qeyri-neft sektorunun artımını 7 dəfə üstələyir. Ölkənin toplam bank aktivləri Cənubi Qafqazın bank aktivlərinin təxminən 60 faizini təşkil edir.

Bank sektorunun artan resursları demək olar ki, tam həcmdə qeyri-neft sektoruna yönəldilir. İqtisadiyyata kredit qoyuluşları son 4 ildə 7 dəfədən çox, 2007-ci ildə 83 faiz artmışdır.

Davamlı islahatlar və institusional quruculuq prosesləri nəticəsində 2007-ci ildən başlayaraq bank sisteminin beynəlxalq maliyyə bazarlarına inteqrasiyası daha da dərinləşmişdir. Hazırda bütün qabaqcıl banklar ölkənin suveren reytinqi ilə müqayisə oluna biləcək səviyyədə beynəlxalq reytinqə malikdirlər. Yalnız ötən il xarici maliyyə bazarlarından banklar tərəfindən 1,2 milyard dollar məbləğində borc və sərmayə kapitalı cəlb edilmişdir. Bu da 2006-cı illə müqayisədə 3 dəfədən çoxdur.

Cənab Prezident, 2008-ci ildən bir sıra banklar artıq öz qiymətli kağızları ilə dünyanın maliyyə bazarlarına çıxmağı planlaşdırır və biz ümid edirik ki, hətta bu, birinci rübdə baş tutacaqdır. Biz hesab edirik ki, bu, bank sektorunun beynəlxalq inteqrasiyası istiqamətində çox mühüm bir addım olacaqdır. Dünyanın aparıcı maliyyə institutları olan Commersbank və Citi bank kimi banklar ölkəmizdə artıq nümayəndəliklər açıblar. Onlar 2008-ci ildə öz statuslarını artırmağı və bu nümayəndəlikləri bank filiallarına çevirməyi planlaşdırırlar.

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətə başlaması olduqca yüksək səmərə verdi. Mən artıq qeyd etdim ki, əmanətlər il ərzində iki dəfə artıb. Burada bu fondun da mühüm rolu vardır. Bu gün 1,8 milyon əmanətçi, əmanətlərin isə 83 faizi artıq sığortalanıbdır. Artıq cari ildən sığorta məbləği 4 min manatdan 6 min manata qalxacaqdır. Bu əmanətçilərin həm say, həm də ki, məbləğ baxımından sığorta dairəsi daha da genişləndiriləcəkdir.

Keçən il biz ipoteka bumunu müşahidə etdik. İl ərzində 260 milyon manat ipoteka krediti verilibdir və 8 min ailə öz mənzil şəraitini ipoteka vasitəsilə yaxşılaşdırıbdır. Cənab Prezident, Siz bu barədə tapşırıqlar vermisiniz. Biz artıq daha səmərəli ipoteka modelləri axtarırıq. Tapşırığa əsasən biz təkliflərimizi, cənab Prezident Sizə təqdim edəcəyik.

Cənab Prezident, sonda qeyd etmək istəyirəm ki, 2008-ci ilin makroiqtisadi vəzifələri aydındır. Dövlət büdcəsinə uyğun olaraq, Milli Bank 2008-ci il üçün pul-kredit siyasətinin əsas istiqamətlərini artıq müəyyənləşdirmişdir. Bu siyasət əvvəlki illərdə olduğu kimi və Sizin irəli sürdüyünüz strateji kursun, davamlı iqtisadi inkişaf, ölkədə makroiqtisadi stabilliyin təmin olunması kursunun müdafiəsinə yönəldiləcəkdir. Sizi əmin etmək istəyirəm ki, Milli Bank, onun kollektivi əlindən gələni edəcəkdir ki, 2008-ci ildə də qarşıya qoyduğunuz vəzifələrin öhdəsindən layiqincə gəlsin.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb