MİLLİ, İRQİ VƏ DİNİ DÜŞMƏNÇİLİYİN TƏBLİĞİNƏ YÖNƏLƏN HƏRƏKƏTLƏRƏ GÖRƏ CİNAYƏT İŞİ BAŞLANILMIŞDIR
Belə ki, “Sənət qəzeti”nin 2006-cı il 1-14 noyabr tarixli 16-cı (060) sayında, Rafiq Tağının islam dininin ümumbəşəri dəyərlərini təhqir edən, onun Şərq ölkələri üçün böyük fəsadlar yaratdığını bəyan edən, dini nifrət və düşmənçilik hissləri aşılayan “Avropa və biz” sərlövhəli məqaləsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müvafiq yoxlama aparılmışdır.
Müəyyən edilmişdir ki, müəllif Rafiq Tağının “Avropa və biz” adlı məqaləsini “Sənət qəzeti”nin baş redaktoru Samir Hüseynov qulluq mövqeyindən istifadə etməklə həmin qəzetin 2006-cı il 1-14 noyabr tarixli 16-cı (060) sayında dərc etdirməklə, qeyd olunan şəxslər kütləvi informasiya vasitələrindən istifadə olunmaqla dini nifrət və düşmənçiliyin təbliğinə yönələn hərəkətlərə yol vermişlər.
Bununla əlaqədar Rafiq Tağı və Samir Hüseynov 2006-cı il noyabrın 11-də Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq olaraq, təxirəsalınmadan qəzetin növbəti sayında təkzib vermələri tələb edilməklə, barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişlər.
Araşdırma zamanı toplanmış materialda dini nifrət və düşmənçiliyin təbliği cinayətlərinin əlamətlərinin olduğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən fakta görə 2006-cı il noyabrın 11-də kütləvi informasiya vasitələrindən istifadə etməklə milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, 283.2.2-ci maddələri ilə cinayət işi başlanılmış və hazırda istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]