Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi İli”nin açılışı münasibətilə “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə, eyni zamanda, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının da təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar şairin yaradıcılığının təbliği və oxuculara yaxından tanıdılması ilə bağlı bir sıra tədbirlərin keçirilməsinə start verildiyini söyləyib.

Bildirib ki, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinin Ulu Öndər tərəfindən başlanan ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Ötən illər ərzində “Nəsimi ili”, “Multikulturalizm ili” kimi neçə-neçə əlamətdar tədbirlər keçirilib, digər dahi şəxsiyyətlərimizin yubileyləri təşkil olunub. Bütün bunları Prezidentin mədəniyyətimizə, eyni zamanda, Azərbaycanı dünyada tanıdan böyük şəxslərə qiyməti kimi dəyərləndirmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox başqa mütəfəkkirlərimizin əlyazmaları Azərbaycandan daşınıb aparılıb. Oxuculara və mütəxəssislərə təqdim olunan “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqda öz əksini tapan qiymətli əlyazmalar da bir vaxtlar Azərbaycandan çıxarılaraq xarici ölkələrə aparılmış və taleyin hökmü ilə nə yollarlasa Çexiyaya, Praqa Milli Kitabxanasına gəlib çıxmışdır. Təəssüflər olsun ki, 100 ilə yaxın bir müddətdə həmin kitabxanada mühafizə olunmasına baxmayaraq, Azərbaycan, türk və farsdilli Azərbaycan nəfəsli bu qiymətli əlyazmalardan heç kimin xəbəri olmamış və bu səbəbdən də onlar tədqiq olunmamışdır. Dünya kitabxanalarında mühafizə olunan Azərbaycan əlyazmalarının bu günədək nəşr olunan heç bir kataloqunda da bu əlyazmalar öz əksini tapmayıb. Ən vacibi budur ki, Praqa Milli Kitabxanasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin ən qədim əlyazma nüsxələrindən birinin mühafizə olunduğu aşkar edilmişdir”.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, son illərdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri ilə əlaqədar, habelə milli-mənəvi dəyərlərimizə hörmətə sadiqlik əlaməti olaraq Prezident tərəfindən sərəncamların imzalanması ənənəyə çevrilib: “Əksər tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir. Bu il də dünya şöhrətli şair və mütəfəkkir Nizaminin 880 illik yubileyi respublikamızla bərabər ICESCO-da, bütün dünyada, habelə TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaq”.

Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatı klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin gətirilməsi layihəsini həyata keçirir: “Artıq bu layihə üzrə son 2 il ərzində 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin Azərbaycana gətirilməsi təmin olunub ki, onların arasında Türkiyə, İran, Misir, ABŞ, Avstriya, Bosniya, Çexiya, Rusiya və digər ölkələrin milli kitabxanalarında saxlanılan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Sahib Təbrizi və digər klassiklərimizin qiymətli əlyazmaları var. Həmin əlyazmaların içərisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmalarını da qeyd etmək olar. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz və tədqiqatçılarımız tərəfindən geniş tədqiq olunacaq. Bu il “Nizami Gəncəvi İli” olduğuna görə biz bu il böyük Nizaminin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik, Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq, fundamental biblioqrafiyalar və ensiklopediyalar hazırlanacaq”.

A.Kərimov Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin Mərkəz tərəfindən nəfis şəkildə nəşr olunmuş, böyük rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabını nizamişünaslıq elminə böyük töhfə kimi dəyərləndirib. Nazir “Azərbaycan nəfəsli əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqunu da “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində atılan dəyərli addımlardan biri hesab edib: “Bu kataloqda əksini tapan bir sıra əlyazmaların, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının də adı var. Çox təəssüf ki, onların əksəriyyətinin bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında adı yoxdur, bu səbəbdən də alimlərimiz və mütəxəssislərimiz tərəfindən tədqiq olunmayıb. İnanıram ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmalarının elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək”.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, bu il çox böyük mədəniyyət hadisələri ilə zəngin olacaq. İl ərzində “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərlə yanaşı, işğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada Xarı bülbül festivalı və Vaqif poeziya günləri qeyd ediləcək: “Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Bu gün Nizaminin öncə gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bugünkü tədbirdə təqdim olunan kitablar böyük əhəmiyyət daşıyır. Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm”.

Tədbirdə Xalq yazıçıları Elçin, Kamal Abdulla, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu qeyd ediblər. Vurğulayıblar ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac vardır.

Sonra Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov Nizaminin şeirlərini səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib