Milli komandamız təlim-məşq toplanışına yollanmışdır
Bakı, 11 may (AZƏRTAC). Boks üzrə Azərbaycan milli komandası Rusiyanın Kislovodsk şəhərinə təlim-məşq toplanışına yollanmışdır. Orada boksçularımız Rusiya yığması ilə birgə ümumi fiziki hazırlıqlarını artıracaqlar.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, Şimali Qafqaza Bakıda mayın 10-da başa çatmış “Ən güclülərin seçmə yarışı”nda 1-ci yeri tutan idmançılar getmişlər. Kislovodsk toplanışından sonra boksçularımız Moskva vilayətinin Çexov şəhərindəki “Mavi Şəhərcik” bazasında Rusiya idmançıları ilə sparrinq döyüşləri keçirəcəklər.
Milli komandamızın ikinci nömrələri isə mayın 16-da İtaliyaya səfər edəcəklər. Sardiniya adasında İtaliya milli komandası başda olmaqla, bir neçə ölkənin dəri əlcək ustaları hazırlıq keçəcəklər.
Qeyd edək ki, komandamız iyunun 14-də Ankarada start götürəcək Avropa çempionatına hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]