Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSDƏ 2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR DAVAM ETDİRİLMİŞDİR

Milli Məclisin noyabrın 14-də keçirilən iclasında 2004-cü il dövlət büdcəsinin müzakirəsi davam etdirilmişdir.

Deputatlar çıxışlarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinə sərmayə qoyuluşunun artırılması, Azərbaycanda şəkər istehsalı zavodunun tikilməsi, yüngül sənayenin inkişaf etdirilməsi ilə bağlı təkliflərlə çıxış etmişlər.

İclasda, həmçinin ölkədə aparılan pul-kredit siyasəti ilə bağlı Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmovun məruzəsi dinlənilmişdir.

Məruzəçi demişdir ki, son illər aparılan məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində cari ildə də inflyasiyanın həddi məqbul səviyyədə saxlanılmışdır. Bu ilin sonunadək inflyasiyanın 2,5 faiz həddində saxlanılması qarşıya məqsəd qoyulmuşdur. Bu ilin 10 ayı ərzində inflyasiyanın səviyyəsi 1,3 faizdən çox olmamışdır. Milli valyutanın sabitliyinin təmin olunması sahəsində də uğurlar əldə edilmişdir, hətta İranda, Gürcüstanda, Dağıstanda və Xəzəryanı ticarət zonalarında da manatdan geniş istifadə olunur. İqtisadiyyatımızda pulun artım tempi iqtisadi inkişaf tempini 3 dəfə üstələmişdir. Doqquz ay ərzində pul kütləsi 32 faiz artaraq 2,2 trilyon manata çatıb, ilin sonuna isə 2,5 trilyon manat olacağı gözlənilir. Kreditlər üzrə faizlərin aşağı salınması gözlənilir. Ölkənin rəsmi qızıl–valyuta ehtiyatları da artaraq 707 milyon dollar təşkil etmişdir. Strateji valyuta ehtiyatlarının həcmi isə 1,5 milyard dollardır. Cari ildə Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə əsas borcun qaytarılmasına, faiz borclarının ödənilməsinə 59,5 milyon dollar sərf edilməsinə və Dövlət Neft Fonduna BTC-nin tikilməsi üçün 65,4 milyon dolların xərclənməsinə baxmayaraq, Milli Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 27 milyon dollara qədər artmışdır. Milli Bank rəsmi valyuta ehtiyatlarının qorunub saxlanması, onun artırılması vəzifəsinin öhdəsindən gəlmişdir.

Sonra Baş nazirin müavini Abid Şərifov çıxış etmişdir. O, bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsillə bağlı 5 illik proqram hazırlanmış və hazırda həmin proqram uğurla həyata keçirilir. 2003-cü ildə proqrama uyğun olaraq 7 min 890 yerlik 22 məktəbin tikintisi başa çatmaq üzrədir.

Gələn ildə isə 19 rayonda 5 min 976 şagird yeri olan məktəb və eyni zamanda, 27 məktəbdə 4 min 260 yerlik əlavə sinif otaqları tikiləcəkdir. Bundan başqa, Bakı şəhərində Səudiyyə Fondunun hesabına ən müasir standartlara cavab verən 5 yeni məktəb tikiləcəkdir. Zəlzələ nəticəsində zərər çəkmiş 42 məktəbin təmirinə başlanılmış və bu iş gələn ilin birinci rübündə başa çatdırılacaqdır. Fövqəladə hadisələrlə bağlı fikirlərini bildirən Baş nazirin müavini demişdir ki, baş vermiş təbii fəlakətlər, xüsusən də Kür çayında suyun səviyyəsinin Azərbaycan tarixində ilk dəfə 5 metrə qədər qalxması nəticəsində 11 minə yaxın evə ziyan dəymiş, onların təqribən 600-ü tamam dağılmışdır. Hökumət qüvvələri səfərbər edərək xilasetmə işləri görmüşdür. Əhalinin evlərinə dəymiş ziyanı ödəmək üçün 10 milyard manat kompensasiya ayrılmışdır. Bu vəsaitin 9,5 milyardı artıq əhaliyə çatdırılmışdır. Təəssüflər olsun ki, əhali hələ də öz xüsusi əmlakını sığortalamır və ona görə də belə əmlaka dəymiş ziyanı ödəmək mümkün olmamışdır. Möhtərəm Heydər Əliyevin tapşırığına əsasən hökumət Asiya İnkişaf Bankı ilə danışıqlar aparıb və bu ilin sonuna qədər 23 milyon dollar kreditin alınması üçün saziş imzalanacaqdır. Bu kredit çayların kənarlarında qoruyucu bəndlərin tikilməsinə və qəzaların nəticələrinin aradan qaldırılmasına yönəldiləcəkdir. Həmin kredit 30 il müddətinə 0,75 faizdən 1 faizə qədər olmaqla alınacaqdır.

Sonra deputatların diferensial vergilərin ləğvi, sənayenin müxtəlif sahələrinə sərmayə qoyuluşu, regionların inkişafı, kənd əhalisinin şəhərə miqrasiyasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı qaldırdıqları məsələlərə maliyyə naziri Əvəz Ələkbərov münasibət bildirmişdir. O demişdir ki, regionların inkişafı, rayon və kənd əhalisinin sosial rifah halının yaxşılaşdırılması hökumətin qarşıya qoyduğu əsas məqsədlərdən biridir.

Nazirin sözlərinə görə, 2002-ci ildə kənd rayonlarında hüquqi şəxslərin sayı 1600 olduğu halda, 2003-cü ilin doqquz ayında onların sayı 1312-yə enib. Bakıda yerləşən hüquqi şəxslər arasında kənd rayonlarına sərmayə qoyanların sayı da bu il üç dəfə azalmışdır. Əgər diferensial verginin müsbət təsiri olsaydı, rəqəmlər belə azalmazdı. Hökumət diferensial verginin ləğvi ilə yanaşı, digər addımlar da atacaqdır. Belə ki, 2004-cü ildə kiçik və orta sahibkarlığa vəsait qoyuluşu 2 dəfə artırılacaqdır. Bakıda Almaniyanın mikrokredit bankı fəaliyyət göstərir. İslam İnkişaf Bankı ilə danışıqlar başa çatıb və ilin sonunadək saziş imzalanacaqdır. Gələn ildən 12 il müddətinə 6 faizlə 3 milyon dollardan yuxarı kredit veriləcəkdir. Bundan əlavə, Beynəlxalq Bank vasitəsilə kiçik və orta sahibkarlığın inkişafı üçün kredit xətti açılacaqdır. Bu kreditlər kənd rayonlarına yönəldiləcəkdir. Tərəfdaşlıq Fondunda 10 milyon dollar məbləğində vəsait var və bu vəsait də kənd təsərrüfatının inkişafına yönəldiləcəkdir. İlk növbədə isə regionlarda kommunikasiya xətləri bərpa olunmalıdır, bu işə gələn ilin büdcəsində kifayət qədər vəsait ayrılmışdır. Bundan başqa, hökumət kənd təsərrüfatı müəssisələrinin daha 5 il müddətinə vergidən azad edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də diferensial verginin ləğvi hökumətin ümumi işinə təsir etməyəcəkdir.

Əvəz Ələkbərov dövlət büdcəsindəki sair xərclərlə bağlı deputatların narahatlığına son qoymuşdur. O demişdir ki, sair xərclər heç də deputatların dedikləri kimi 23 faiz deyildir. Bu xərclər 642 milyard manatdır və büdcənin 8,8 faizini təşkil edir. Bunun da təxminən 4,4 faizi büdcədənkənar vəsaitlərdir.

Nazir əhalinin əmanətlərinin qaytarılması məsələsinə də toxunmuşdur. Şərqi Avropa və MDB məkanında əmanətlərin indeksləşdirilməsi diqqətlə öyrənilir və optimal variant axtarılır. Bunun üçün, ilk növbədə, normativ hüquqi baza yaranmalıdır. Əmanətlərin indeksasiyası ən azı 8-10 il müddətinə mümkündür.

Büdcə layihəsinin müzakirələri parlamentin növbəti iclasında davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub