MİLLİ MƏCLİSİN DAXİLİ NİZAMNAMƏSİNƏ DƏYİŞİKLİKLƏR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin mayın 12-də keçirilmiş iclasında “Milli Məclisin daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, Nizamnaməyə edilən dəyişiklikdə Milli Məclisin yaz sessiyasının hər il fevral ayının 1-də başlaması və mayın 31-dək davam etməsi, payız sessiyasının isə sentyabrın 30-dan dekabrın 3-dək davam etməsi nəzərdə tutulmuşdur. Nizamnaməyə bir sıra redaktə xarakterli dəyişikliklər də edilmişdir.
Layihə səs çoxluğu ilə qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]