MİLLİ MƏCLİSİN DEPUTATI PARİSDƏ KEÇİRİLƏCƏK TƏSİS KONFRANSINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, deputat Elman Məmmədov Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının təsis konfransında iştirak etmək üçün mayın 1-də Parisə yola düşəcəkdir.
Birləşmiş Şəhərlərin Dünya Federasiyası və Yerli Hakimiyyətlərin Beynəlxalq İttifaqı qurumlarının birləşməsi nəticəsində yaradılacaq yeni təşkilatın işində müxtəlif ölkələrdən 2500 nəfərə qədər nümayəndənin iştirakı gözlənilir.
Konqresdə regionların sabit inkişafı, yerli hakimiyyət orqanları arasında əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparılacaqdır.
Səfər mayın 6-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]