MİLLİ MƏCLİSİN DEPUTATLARI AŞPA-NIN YAZ SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təşkilatın yaz sessiyasının işində iştirak etmək üçün aprelin 12-dən 19-dək Strasburqda səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin daimi komissiyaları sədrlərinin müavinləri Gültəkin Hacıyeva, Aydın Mirzəzadə, deputatlardan Sabir Hacıyev və Qənirə Paşayeva daxildirlər.
Sessiyada Rusiya Federasiyasında, Monakoda, Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri, Avropada müsəlman icmalarının ekstremizmə məruz qalması, uşaqlar və yeniyetmələr arasında intihar halları, Serbiyada milli azlıqların vəziyyəti, davamlı inkişaf, turizm və digər məsələlər müzakirə ediləcəkdir.
Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]