Milli Məclisin komitə sədri ATƏT/DTİHB-in Varşavada keçiriləcək seminarında iştirak edəcəkdir
Bakı, 14 may (AZƏRTAC). Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 16-dan 19-dək Polşanın Varşava şəhərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ə.Hüseynli bu şəhərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) siyasi plüralizm mövzusuna həsr olunmuş seminarında iştirak edəcəkdir.
Tədbirdə siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericilik, bu strukturlarda qadınların və kişilərin bərabərhüquqlu iştirakı, sosial şəbəkələrdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində Polşanın Prezident Administrasiyasında, Parlamentdə, ölkənin Mərkəzi Seçki Komissiyasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]