Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI

İyulun 29-da ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar 8-ci sessiyası olmuşdur. Sessiyanın gündəliyinə “Konstitusiya dəyişiklikləri haqqında referendum aktının layihəsi barədə” məsələ daxil edilmişdi. 

Milli Məclisin sədri Murtuz Ələsgərov sessiyanı açaraq bildirdi ki, 45 deputat “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendumun aktı layihəsinin müzakirə olunması üçün parlament sədrinə müraciət etmişdir. Bu müraciətlə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin ikinci hissəsinə əsasən, Milli Məclisin növbədənkənar sessiyası çağırılmışdır.

Sonra Milli Məclisin sədri MURTUZ ƏLƏSGƏROV sessiyada çıxış edərək dedi ki, Azərbaycanın tarixində ilk dəfə olaraq, 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin hüquqi təməlini təşkil edən Konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. Dünyada bu sahədə mövcud olan demokratik, mütərəqqi təcrübəni əks etdirən Konstitusiyamız ötən yeddi il ərzində özünü tamamilə doğrultmuş və Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi üçün əsaslı zəmin yaratmışdır. Konstitutsiyamız xalqın iradəsini ifadə edərək, insan və vətəndaş hüquqları və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi elan etmiş, demokratik dünya ölkələri ailəsinə inteqrasiya məqsədi ilə həyata keçirilən hərtərəfli islahatlar üçün möhkəm qanunvericilik bazasını təmin etmişdir.

Lakin həyat daim inkişaf edir, ictimaii münasibətlərdə dərin dəyişikliklər baş verir. Qanunların, xüsusən dövlətin Əsas Qanununun yeni şəraitə uyğunlaşdırılması və daha da təkmilləşdirilməsi zərurəti meydana gəlir. Eyni zamanda, müstəqil dövlətimizin getdikcə inkişaf etməsi, ölkəmizin Avropaya inteqrasiyasının güclənməsi, üzv olduğu beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürməsi Konstitusiyanın mətnində müvafiq dəyişikliklər aparılmasını tələb edir.

Müstəqil dövlətçiliyimizin memarı və qurucusu, Konstitusiyamızın əsas müəllifi və yaradıcısı, möhtərəm Prezidentimiz Heydər Əliyev ötən illərdə cəmiyyət və dövlət həyatında baş verən dəyişiklikləri, ölkəmizin Avropa hüquq məkanına qovuşmasından irəli gələn reallıqları dərindən təhlil edərək, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsini ümümxalq səsverməsinə çıxarmaq barədə qərar qəbul etmişdir. Cənab Prezidentin Fərmanı ilə referendum 2002-ci il avqustun 24-nə təyin olunmuşdur. Referendum aktının layihəsi mətbuatda dərc edildiyi vaxtdan Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Müxtəlif yığıncaqlarda aparılan geniş müzakirələr göstərir ki, bütövlükdə xalqımız referendum aktının layihəsini müsbət qarşılamışdır.

Parlamentin sədri vurğuladı ki, ümumxalq səsverməsinə çıxarılacaq məsələləri şərti olaraq beş qrupa bölmək olar. Birinci qrupa insan hüquqlarının qorunmasının əlavə təminatları ilə bağlı məsələlər daxildir. Hesab edirəm ki, ombudsman təsisatının Konstitusiyaya daxil edilməsi, ombudsmana və vətəndaşlara birbaşa Konstitusiya Məhkəməsinə şikayət vermək imkanının yaradılması, yaşamaq hüququna əlavə təminatların nəzərdə tutulması insan hüquqları və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına şərait yaradacaq və eyni zamanda, ölkə qanunvericiliyini Avropa insan hüquqları Konvensiyasına uyğunlaşdıracaqdır.

İkinci məsələ seçki sistemində nəzərdə tutulan dəyişikliklə bağlıdır. İndiyə qədər parlament seçkiləri qarışıq seçki sistemi üzrə aparılırdı. Proporsional qaydada, partiya siyahısı üzrə 25, majoritar sistem üzrə isə 100 deputat seçilirdi . Nəzərdə tutulan dəyişiklik edildikdən sonra parlament seçkiləri yalnız majoritar sistem üzrə keçiriləcəkdir. Son illər dünyanın secki sistemlərində gedən proseslər göstərir ki, hətta ənənəvi olaraq proporsional seçki sistemindən istifadə edən ölkələrdə də majoritar seçkilərə keçmək meyli yaranmışdır. Deməli, nəzərdə tutulan bu dəyişiklik həm Azərbaycan dövlətinin xarakterinə, həm də dünyada gedən proseslərə tam uyğundur.

8 milyon əhalisi olan Azərbaycanda 4 milyon seçici vardır. Yeni Azərbaycan Partiyası da daxil olmaqla, bütün partiyaların cəmi 350 min üzvü vardır. Beləliklə, Azərbaycan üçün sırf majoritar seçki sisteminə keçmək parlament deputatlarının məsuliyyətini artırmaq, onları birbaşa seçicilərdən asılı vəziyyətə salmaq, demokratiyanı inkişaf etdirmək deməkdir.

Üçüncü məsələ Prezident vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərinin kim tərəfindən icra edilməsi ilə bağlıdır. Hazırda Konstitusiyanın 105-ci maddəsinə görə, Prezident vaxtından əvvəl vəzifədən getdikdə, üç ay ərzində növbədənkənar Prezident seçkiləri keçirilməli və bu müddətdə onun səlahiyyətlərini Milli Məclisin sədri icra etməlidir. Hesab edirəm ki, bu, hipotetik, yəni yalnız fərziyyə şəklində mövcud olan bir haldır. Əminəm ki, möhtərəm Heydər Əliyevin dövründə belə bir hal olmayacadır. Referendum aktının layihəsində isə nəzərdə tutulur ki, belə bir hal baş versə, Prezidentin səlahiyyətlərini baş nazir icra etməlidir. Bu, tamamilə məntiqidir. Prezident idarə üsulu olan ölkələrin əksəriyyətində, ö cümlədən ABŞ-da, Rusiyada, Fransada bu variant mövcuddur. Növbədənkənar seçkilərə qədər 3 ay ərzində icra səlahiyyətlərinin həyata keçirilməsinin icra hakimiyyəti strukturunda Prezidentdən sonra gələn ən yüksək vəzifəli şəxsə - baş nazirə verilməsi hakimiyyət bölgüsü baxımından da məqsədəuyğundur. Burada parlament sədrinin hüquqlarının azaldılmasından və ya məhdudlaşdırılmasından söhbət gedə bilməz. Ölkənin ali qanunvericilik orqanının rəhbəri kimi parlament sədri öz funksiyalarını yerinə yetirir. Hesab edirəm ki, bu cür qayda bizim konstitusiya quruluşumuzu daha da təkmil edir.

Dördüncü qrup məsələlər məhkəmə hakimiyyətinin rolunun artması ilə əlaqədardır. Apellyasiya məhkəmələri hakimlərinin Prezidentin təqdimatı əsasında parlament tərəfindən təyin edilməsi, Ali Məhkəmənin, Prokurorluğun səlahiyyətlərinin dəqiqləşdirilməsi, Prokurorluğa qanunvericilik təşəbbüsü huququnun verilməsi bu qəbildən olan dəyişikliklərdir.

Beşinci qrup məsələlər isə redaktə xarakteri daşıyan, Konstitusiyada işlənən ayrı-ayrı müddəaların və ifadələrin dürüstləşdirilməsi ilə bağlı dəyişikliklərdir. Bunlardan məqsəd Konstitusiyanın mətnini daha da dəqiqləşdirməkdir.

Milli Məclisin sədri dedi ki, referendum aktının layihəsi ilə əlaqədar aparılan diskussiyalarda belə fikirlər də səslənir ki, sadalanan məsələlərin bəzilərini ümumxalq səsverməsinə çıxarmağa guya Prezidentin hüququ yoxdur. Hüquqşünas kimi mən bu fikirləri tamamilə əsassız sayıram. Konstitusiyanın 109-cu maddəsinin 18-ci bəndinə görə, Prezidentin referendum təyin etmək hüququ var və referenduma çıxarılan məsələlərin hamısı Konstitusiyanın mətninə və ruhuna tam uyğun olaraq müəyyən edilmişdir. Bu məsələlərin hər hansı birinin referenduma çıxarılması ilə əlaqədar Konstitusiyada heç bir məhdudiyyət yoxdur.

Ümumxalq səsverməsinə çıxarılan bütün məsələlər aktual və zəruri olub Azərbaycan dövlətinin hüquqi bazasının təkmilləşdirilməsinə yönəlmişdir. Bu dəyişikliklərin qəbul edilməsi cəmiyyətimizin və dövlətimizin daha sürətlə inkişaf etməsinə yaxşı imkanlar açacaqdır. Lakin özünü müxalifət adlandıran bəzi radikal qruplar Azərbaycanın parlaq inkişafına xidmət edən bu alicənab təşəbbüsə mənfi münasibət bildirirlər. Amma hamı əmin olsun ki, heç bir qüvvə Azərbaycan dövlətini ardıcıl inkişaf yolundan döndərə bilməz.

Parlamentin sədri deputatları müzakirədə fəal, konstruktiv iştiraka dəvət edərək, onu da xatırlatdı ki, nə referendumun vaxtının dəyişdirilməsi, nə də Prezidentin təqdim etdiyi referendum aktının layihəsində dəyişikliklər olunması Milli Məclisin səlahiyyətinə aid deyildir. Bu məsələlər Prezidentin müstəsna səlahiyyətinə daxildir.

X X X

Sonra növbədənkənar sessiyanın gündəliyi səsə qoyularaq təsdiq olundu və müzakirələr başlandı.

Deputat Musa Musayev çıxış edərək dedi ki, bu il avqustun 24-də keçiriləcək referendumla əlaqədar respublikamızın 15-dən çox rayonunda görüşlərdə, tədbirlərdə iştirak etmişdir. Azərbaycan Prezidentinin referendumla bağlı Fərmanına seçicilər, bütün vətəndaşlar hər yerdə öz münasibətini bildirir, ümumxalq səsverməsində fəal iştirak edəcəklərini, təklif olunan dəyişiklikləri dəstəkləyəcəklərini vurğulayırlar.

Müxalifətin referendumqabağı hay-küy, qarışıqlıq salmasının səbəblərindən danışan deputat bildirdi ki, onlar proporsional seçki sisteminin ləğvinə və Prezident səlahiyyətlərinin baş nazirə verilməsinə etiraz edirlər. 2003-cü ildə Prezident seçkiləri keçiriləcəkdir. Əgər müxalifət özünü güclü hesab edirsə, qoy bunu həmin seçkilərdə sübut etsin. Lakin biz yaxşı bilirik ki, müxalifətin heç bir əsası olmayan fikirləri, sadəcə, bəhanədir. Ona görə də onlar qarışıqlıq salmağa və referendumu pozmağa cəhd edirlər. Lakin etirazı da referendumda iştirak etməklə, sivil yolla bildirmək olar. Amma özləri yaxşı bilirlər ki, real gücə malik deyillər.

Qarşıdakı ümumxalq səsverməsini mühüm siyasi hadisə kimi səciyyələndirən deputat Asəf Hacıyev dedi ki, Konstitusiyamıza dəyişikliklər və əlavələr edilməsi zərurətdən doğmuşdur. Biz bəyan etmişik ki, demokratik dövlət qururuq. Bu dövlətin ən ali prinsiplərindən biri odur ki, insanlar öz fikirlərini çəkinmədən bildirsinlər. Bu prinsipə sadiq qalmaq istəyiriksə, Azərbaycanın hər bir vətəndaşı avqustun 24-də seçki məntəqələrinə gələrək öz fikrini ifadə etməlidir. Dövlətçiliyimizə hörmət bəsləyən hər kəs bu referendumdan kənarda qalmamalıdır.

Deputat majoritar və proporsional seçki sistemlərinə öz münasibətini bildirərək dedi ki, Azərbaycan Prezident idarə üsulu olan ölkədir. Ona görə də bizim proporsional seçki sistemindən imtina etməyimiz təbii və qanunauyğundur. Çünki əhalinin 95 faizindən çoxu siyasi partiyalardan kənardadır. Ona görə də vətəndaşların siyasi partiyalara deyil, ayrı-ayrı şəxslərə səs verməsi məntiqə tam uyğundur. Bu, çox vacib təklifdir və belə dəyişikliyin olması zəruridir.

Zərurət yarandıqda, Prezidentin səlahiyyətlərinin baş nazirə verilməsini də qanunauyğun hal hesab etdiyini bildirən natiq dedi ki, belə bir vəziyyət yarandıqda, ölkənin başında iqtisadiyyatla bağlı şəxsin olması daha məqsədəuyğundur.

Deputat Əli Kərimov bildirdi ki, Azərbaycan gənc, müstəqil dövlətdir. Ləğv edilməsi nəzərdə tutulan proporsional seçki sistemi isə siyasi partiyaların formalaşmasına xidmət edən seçki sistemidir. Sonra deputat Konstitusiyaya ediləcək digər dəyişikliklərlə də bağlı fikirlərini açıqladı.

 

Deputat Zahid Orucov sessiyada bildirdi ki, Azərbaycan xalqı həqiqətən demokratik, hüquqi, dünyəvi bir dövlət, cəmiyyət yaratmaq istəyir. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən irəli sürülən referendum aktı bu meyarlara kifayət qədər xidmət edir. Kimlərsə deyirlər ki, referendumda irəli sürülən müddəalar gələcəkdə demokratiyanı, fikir plüralizmini məhdudlaşdıracaqdır. Bu sözlərin heç bir əsası yoxdur. Cəmiyyətin tələblərini ödəyən sistem yaratmaq hərtərəfli və dinamik inkişaf üçün əsas şərtlərdən biridir.

Hər bir Azərbaycan vətəndaşı istəyir ki, regional və beynəlaxlq təşkilatlarda ölkəmizin mövqeyi daha da möhkəmləndirilsin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi müvəffəqiyyətlə başa çatdırılsın, Azərbaycanın neft strategiyası daha böyük uğurlar qazansın, respublikamızda ictimai-siyasi sabitlik qorunub saxlanılsın. Bu xəttin təminatçısı Azərbaycan Prezidenti Heydər Əliyevdir. Deputat əmin olduğunu bildirdi ki, xalqımız referendumda böyük fəallıqla iştirak edəcəkdir.

Deputat Gülər Əhmədova qarşıdakı referendumun böyük tale yükünə malik olduğunu vurğuladı. O dedi ki, proporsional seçki sisteminin guya partiyaların formalaşmasına xidmət etdiyini bildirən müxalifət nümayəndələrini narahat edən məsələ onların mənsub olduqları partiyalarda davam edən parçalanmadır. Onlar yaxşı bilirlər ki, mənsub olduqları partiyalar tez-gec süquta uğrayacaqcaqlar. G.Əhmədova referendumun uğurla keçiriləcəyinə əmin olduğunu bildirdi.

Hazırkı Konstitusiyamızın 7 il bundan əvvəl, yəni 1995-ci ildə qəbul edildiyini söyləyən Milli Məclisin deputatı Hikmət Osmanov qarşıdakı referendumun zamanın tələbi olduğunu bildirdi. O dedi ki, Azərbaycan Prezidentinin referendum keçirmək haqqında Fərmanı Konstitusiyanın müvafiq maddəsinə istinadən verilibdir. Deputatın fikrincə, bütün bu dəyişikliklər Azərbaycanda insan hüquq və azadlıqlarının genişləndirilməsinə, möhkəmləndirilməsinə və demokratiyanın inkişafına xidmət edəcəkdir.

Sonra deputat öz seçki dairəsində seçiciləri ilə görüşdüyünü, bildirərək vurğuladı ki, onlar referendumun keçirilməsinə normal baxır və Konstitusiyada ediləcək dəyişiklikləri həyatın tələbindən irəli gəldiyini başa düşürlər. Deputat referendum keçirilməsinə müxalifətin mənfi münasibət göstərməsinin əsassız və sağlam məntiqə zidd olduğunu söylədi.

 

Gələcəkdə proporsional seçki sisteminin ləğv olunmasına müxalifətin etirazının səbəbini izah edən deputat Siyavuş Novruzov dedi ki, bu sistem onlara ona görə lazımdır ki, maliyyə vəsaiti olanları, müxalifətə “görüm-baxım” edənləri öz seçki siyahılarına daxil etsinlər. Onlar xalq qarşısında xidməti olan insanları kənarlaşdırırlar. Bəzən də Rəsul Quliyev kimi cinayət axtarışında olanların adlarını siyahıya salmaqla, deputat seçilməsinə şərait yaratmaqla onlara toxunulmazlıq hüququ almağa çalışırlar.

S.Novruzov bildirdi ki, seçkilər haqqında qanuna əsasən, hər bir partiya istənilən dairədən deputatlığa namizəd irəli sürə, onun təbliğatı ilə məşğul ola bilər. Ona hər hansı bir kömək göstərə bilər. Xalq müxalifətin hər hansı nümayəndəsinə etimad göstərirsə, onu seçmək istəyirsə, bunu edir. Proporsional seçki sisteminin ləğv edilməsi ən çox Yeni Azərbaycan Partiyasına zərər gətirir. Partiyamızın Milli Məclisdə proporsional qaydada seçilmiş 16 deputatı var. Gələcəkdə deputatların sayı bundan da artıq olmalı idi.

Natiq daha sonra dedi ki, icraedici hakimiyyətin səlahiyyətləri qanunverici hakimiyyətdə ola bilməz. Bu uyğunsuzluğu aradan qaldırmaq lazımdır. Baş nazir də Milli Məclisdə təsdiq edilməli, onun qarşısında hesabat verməlidir. Bundan demokratik, bundan humanist hansı seçki sistemi ola bilər? Konstitusiyamıza təklif olunan dəyişikliklər qanunvericiliyin, idarəçiliyin və dövlətçiliyin tələblərinə uyğundur və xalqımız tərəfindən dəstəklənəcəkdir.

Növbədənkənar sessiyanın çağırılmasına imza atanlardan biri olduğunu söyləyən deputat Səttar Mehbalıyev dedi ki, ayrı-ayrı partiyaların və qeyri-hökumət təşkilatlarının mətbu orqanları qarşıdakı referendumu gözdən salmağa çalışsalar da, avqustun 24-də ümumxalq səsverməsi baş tutacaqdır. Abşeron rayonunda öz seçiciləri ilə, digər vətəndaşlarla görüşdüyünü bildirən deputat vurğuladı ki, onların hamısı referendumun keçirilməsini dəstəkləyirlər. Bununla belə, əhaliyə başa salmaq lazımdır ki, Konstitusiyamızda edilən dəyişikliklər hansı zərurətdən yaranmışdır. S.Mehbalıyev bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev mövcud Konstitusiyamızın müəllifidir. Konstitusiyamız onun rəhbərliyi altında yazılıb və qəbul olunubdur. Bütün demokratik prinsiplər Konstitusiyamızda təsbit edilmişdir. Konstitusiyada ediləcək dəyişikliklər və qarşıdakı ümumxalq səsverməsi ilə əlaqədar müxalifətin qaldırdığı hay-küy əsassızdır və xalqımız belə hərəkətləri dəstəkləmir. Referendum aktının layihəsi bir milyona qədər üzvü əhatə edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yerli təşkilatlarında müzakirə edilmiş və bəyənilmişdir. Bu dəyişikliklərin hamısı sadə insanların xeyrindədir.

Natiq dedi ki, hakimiyyətin bütün qollarının səlahiyyətləri dəqiq müəyyən edilibdir. İkinci tərəfdən ölkəmizdə Ombudsman vəzifəsi təsis olunubdur, bələdiyyələr yaradılıbdır. Bütün bunlara görə də Konstitusiyaya əlavələr və dəyişikliklər etmək zəruridir.

Deputat Şahlar Əsgərov bildirdi ki, əgər mətbuat, bəzi kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları əhalini çaşdırmasaydılar, onlara düzgün, obyektiv məlumat versəydilər, bəlkə də bu sessiyanı keçirməyə ehtiyac olmazdı. Bir halda ki, Azərbaycan dövlətçiliyinə, ölkəmizdə demokratiyaya qarşı şər və böhtanlar, müxtəlif qarayaxmalar var, demək biz deputatlar bütün bunlar barədə öz fikrimizi və mövqeyimizi qəti surətdə bildirməliyik, qarşıdakı referendumun əhalinin mənafeyinə uyğun olduğunu izah etməliyik.

1995-ci ildə qəbul olunmuş Konstitusiyamız dövlətimizin müasir əsaslarla qurulmasına kömək etdi. Müstəqil, sivil dövlətə çevrilən Azərbaycan bir çox sahələrdə - həm iqtisadi, həm siyasi, həm ictimai, həm də sosial sahədə böyük nailiyyətlər qazanıbdır. Azərbaycan Avropa Şurasına qəbul olunmuş, respublikamızda bələdiyyələr fəaliyyətə başlamışdır. Ölkəmizdə yaranmış yeni iqtisadi-sosial münasibətlər özünün konstitusyon əsasını tapmalıdır. Ona görə də Konstitusiyada dəyişiklik etmək zamanın tələbidir.

Həm proporsional, həm də majoritar seçki sistemi ilə Milli Məclisə üzv seçildiyini bildirən deputat öz şəxsi təcrübəsinə istinadən dedi ki, majoritar seçki sistemi kifayət qədər çətin, ağrılı olmaqla bərabər, eyni zamanda vətəndaşlarla birbaşa ünsiyyətə girmək imkanı verdiyinə görə kifayət qədər şərəfli, məsuliyyətlidir. Majoritar sistemin proprosional seçki sistemindən bir neçə üstünlüyü vardır. Deputat öz çıxışında bu üstünlüklər barədə məlumat verərək bildirdi ki, proporsional seçki sistemi saxlanarsa, gələcəkdə Azərbaycanda siyasi partiyaların sayı durmadan artacaqdır. Belə davam etsə ölkəmizdə çoxlu yeni siyasi partiyalar yarana bilər. Bu isə milli birliyimizə, bütövlüyümüzə xidmət etmir. Siyasi parçalanmanı aradan qaldırmaq üçün majoritar seçki sisteminin əhəmiyyəti böyükdür.

Milli Məclisin deputatı Nizami Xudiyev dedi ki, Konstitusiyamızın üçüncü maddəsinin birinci bəndində göstərilir ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Milli Məclisin sessiyasının gündəliyinə çıxarılan müddəalar da məhz belə məsələlərdir. Konstitusiyamız qəbul edildiyi vaxtdan ötən 7 il ərzində Azərbaycanda, eləcə də dünyada, ölkəmizin beynəlaxlq və regional təşkilatlarla münasibətlərində əsaslı dəyişiklik, irəliləyiş baş vermişdir. Ölkəmizin Avropa ilə əlaqələri sabit xarakter almışdır. Respublikamız Avropanın ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsi, Milli Məclisin fəaliyyəti və seçki sisteminin təkimilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Konstitusiyamızda əks etdirilməsi zərurəti yaratmışdır. Bu məsələlərə Konstitusiya Məhkəməsində də baxılıb və müvafiq qərar qəbul olunubdur.

Natiq təklif olunan dəyişikliyin bir neçəsi üzərində dayandı, onların mənasını və əhəmiyyətini izah etdi.

Milli Məclisin deputatı İbrahim İsayev Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar məsələnin hüquqi tərəfinə toxunaraq dedi ki, referendumun əleyhinə çıxan bəzi müxalifət nümayəndələri əslində insan və vətəndaş hüquqlarının genişləndirilməsinin əleyhinə çıxış edirlər. Dövlət başçısının Konstitusiyada dəyişikliklərlə əlaqədar referendum keçirilməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti var. Yaxşı olar ki, opponentlər boş və mənasız çıxışlar əvəzinə, təklif edilən layihədəki müddəaların mahiyyətinə varsınlar. Onda görərlər ki, həmin müddəalar tam demokratik xarakter daşıyır. Majoritar seçki sisteminin üstünlüklərindən danışan deputat dedi ki, bu sistem vətəndaşlara daha nüfuzlu və yaxşı tanıdıqları şəxsləri seçməyə imkan yaradır.

Deputat Bahar Muradova bildirdi ki, referendum aktının layihəsində nəzərdə tutulan dəyişikliklər ictimaiyyət tərəfindən fəal müzakirə olunur. Bu dəyişikliklər zamanın tələbidir və Azərbaycanda həyata keçirilən Konstitusiya islahatlarının davamı kimi qəbul olunmalıdır.O, ümidvar olduğunu bildirdi ki, avqustun 24-də referenduma çıxarılan layihə insan hüquqları sahəsində irəliyə doğru bir addım kimi öz qiymətini alacaq və səs çoxluğu ilə qəbul olunacaqdır. O, növbədənkənar sessiyanın çağırılması barədə müraciəti imzalayan 45 deputatdan biri olmasını əsaslandıraraq dedi ki, bu təşəbbüsün irəli sürülməsinə əsas səbəb bir sıra qüvvələrin ictimaiyyəti çaşdırmaq cəhdidir. Bu cür vacib məsələnin müzakirəsindən Milli Məclis kənarda qalmamalıdır. Milli Məclisin iclasının Avropa Şurasının tələbi ilə çağırılması barədə şayiə yayanlara cavab olaraq Bahar Muradova bildirdi ki, növbədənkənar sessiya yalnız deputatların tələbi ilə çağırılmışdır.

Deputat Şayiddin Əliyev çıxışında dedi ki, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq referendum keçirilməsi tamamilə təbii bir prosesdir. Konstitusiyanın 152-153-cü maddələrinə əsasən, Prezident Azərbaycan Konstitusiyasının bəzi maddələrində dəyişiklik edilməsi barədə təşəbbüslə çıxış edə bilər. Buna uyğun olaraq, avqustun 24-də referendum keçirilməsi haqqında fərman verilmişdir. Konstitusiyaya dəyişikliklər haqqında referendum aktı layihəsinin ölkənin hər yerində geniş müzakirə olunduğunu xatırladan deputat vurğuladı ki, bu müzakirələr zamanı ictimaiyyətin nümayəndələri öz fikirlərini söyləyir, təklif olunan dəyişikliklərə öz münasibətlərini bildirirlər. O, Prezidentin səlahiyyətlərinin baş nazirə verilməsi ilə əlaqədar Konstitusiyanın 105-ci maddəsinə təklif edilən dəyişikliyi mütərəqqi addım kimi qiymətləndirdi. Millət vəkili özünün seçildiyi Əzizbəyov rayonu seçicilərinin əksəriyyətinin rəyini ifadə edərək, referendumun bu rayonda yüksək səviyyədə keçəcəyini bildirdi.

Konstitusiyaya ediləcək dəyişikliklərlə əlaqədar referendum aktının Milli Məclisdə müzakirəsinin əhəmiyyətini qeyd edən deputat Zəlimxan Yaqubov 10 illik müstəqillik dövründə ölkəmizdə əldə olunan uğurları xüsusi vurğuladı. Siyasətdə və dövlətçilikdə ideal zirvə olmadığını və mükəmməlliyə doğru yolun davam etdiyini deyən deputat Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumu bu yolda daha bir addım kimi qiymətləndirdi. O, inandığını bildirdi ki, Azərbaycan xalqı dövlət başçısının bu təşəbbüsünü çox böyük hörmətlə və ehtiramla qarşılayır və hamı ona səs verəcəkdir.

Daha sonra çıxış edən millət vəkili Əli Əhmədov qeyd etdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza bir sıra dəyişikliklərin təklif edilməsi ölkəmizin həyatında baş verən dəyişikliklərlə bilavasitə əlaqədardır. Konstitusiyanın canlı orqanizm olduğunu qeyd edən deputat həyatın təkmilləşməsi zəminində qanunların da mükəmməlləşməsinin zəruriliyini vurğuladı. O, ümidvar olduğunu bildirdi ki, təklif edilən dəyişikliklərin qəbul olunması ölkəmizdə demokratiyanın inkişafına xidmət edəcək və insan hüquqları və azadlıqlarının daha da mükəmməl qorunmasına kömək göstərəcəkdir. Bu dəyişikliklər həm də Azərbaycanın hüquq məkanının Avropa məkanına inteqrasiya etməsini sürətləndirəcəkdir. Əli Əhmədov söylədiyi fikirləri Yeni Azərbaycan Partiyasının keçirdiyi müzakirələrin nəticələri kimi səciyyələndirdi.

Azərbaycanda seçki sisteminin əsaslarının dəyişdirilməsi ilə əlaqədar fikirlərə münasibətini bildirən deputat dedi ki, hər bir ölkə seçki sistemini müəyyənləşdirərkən özünün xüsusiyyətlərindən və dövlət quruluşundan çıxış edir. Majoritar seçki sisteminin partiyaları zəiflətməsi haqqında müxalifətin iddiaları ilə razılaşmadığını bildirən natiq xatırlatdı ki, Azərbaycanda mövcud olan siyasi partiyaların əksəriyyəti 1995-ci ilə qədər formalaşmışdır. Bundan sonra partiyaların formalaşması prosesində hansısa bir sıçrayışın olduğunu iddia etmək mümkün deyildir. 1995-ci ildən sonra proporsional seçki sistemi tətbiq edildi və partiyalarda parçalanmalar müşahidə olunmağa başladı. Buna misal olaraq deputat AXCP-də baş verən prosesləri misal çəkdi. O, həmçinin qeyd etdi ki, majoritar seçki sistemi olan bir çox ölkələrdə çox güclü və demokratik dəyərlərə söykənən partiyalar mövcuddur. Bu sistemin Azərbaycanda tətbiqi nüfuzlu və ölkəmizin maraqlarına cavab verən partiyaların güclənməsinə zəmin yaradacaqdır.

Növbədənkənar sessiyada çıxış edən digər deputatlar guya Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi üçün zəruri olan ictimai müzakirələrin keçirilməməsi barədə bəzi dairələrin iddiaları ilə razılaşmadıqlarını bildirdilər. Onlar dedilər ki, Yeni Azərbaycan Partiyasının geniş şəbəkəsi vasitəsilə Azərbaycanın bütün rayonlarında seçicilərlə əsaslı maarifləndirmə işləri aparılır. Təəssüflər olsun ki, bir sıra müxalifət partiyaları maarifləndirmə işləri aparmaq əvəzinə, keçiriləcək referendumu boykot etmək taktikası seçiblər və bununla da müzakirələrin daha geniş miqyas almasına maneçilik törədirlər. Prinsip etibarilə əgər demokratiyanın inkişaf etdirilməsindən söhbət gedirsə, demokratiyanın ən vacib elementlərindən biri kimi, müzakirələrdə xalqın geniş iştirakının təmin olunmasına səy göstərmək lazımdır. Boykot isə bu prinsipin tamam əleyhinədir.

Natiqlər vurğuladılar ki, əgər təklif olunan dəyişikliklərin ictimaiyyət tərəfindən nə dərəcədə qiymətləndirilməsini bilmək, beləliklə, Azərbaycanın hər bir vətəndaşını demokratik proseslərin iştirakçısına çevirmək istəyiriksə, onda hamını referendumda iştirak etməyə çağırmalıyıq.

Konstitusiyaya ediləcək dəyişikliklərin mahiyyətini şərh edən bir sıra deputatlar bu dəyişikliklərin zəruriliyini Azərbaycanın mötəbər beynəlxalq təşkilatlara üzv olması və bir sıra beynəlxalq konvensiyalara qoşularaq öhdəliklər götürməsi ilə də əsaslandırdılar. Onlar həmçinin qeyd etdilər ki, keçiriləcək referendum daha çox ölkəmizin inkişaf strategiyası ilə əlaqədardır.

Deputat Zahid Qaralov çıxışında dedi ki, referenduma çıxarılan dəyişikliklər tamamilə əsaslandırılmış məsələlərdir. Bəzi məsələlərdə fikir ayrılığı olsa da, bu faktın özü ölkəmizdə yaranmış demokratik mühitin göstəricisidir. O, bələdiyyələrlə əlaqədar ediləcək dəyişikliklərin Azərbaycanın yerli özünü idarəetmə haqqında Xartiyaya qoşulması ilə bağlılığını əsaslandırdı və bunu müsbət addım kimi qiymətləndirdi.

Müxalifətin referendumu boykot etmək haqqında çağırışlarına münasibət bildirən natiqlər vurğuladılar ki, onların bu cəhdləri əbəsdir, çünki sosial bazaları yoxdur. Parçalanmış və xalq arasında heç bir nüfuza malik olmayan müxalifətin buna imkanı və haqqı yoxdur. Deputat Rizvan Cəbiyev xüsusi vurğuladı ki, müxalifətin 7 maddəyə olan dəyişikliklərə etirazı tamamilə əsassızdır. Bu maddələri ayrılıqda şərh edən deputat müxalifətin etirazlarının sırf ambisiyalardan qaynaqlandığını qeyd etdi.

Çıxış edən deputatların bir qismi proporsional seçki sistemi ilə seçildiklərini bildirərək, majoritar sistemin daha üstün olduğunu vurğuladılar. Onlar qeyd etdilər ki, bu sistem daha nüfuzlu və xalqın etimadını qazanmış şəxslərin Milli Məclisə seçilməsinə şərait yaradır. Deputat Eldar İbrahimovun fikrincə, proporsional qaydada seçilən deputatlar konkret seçicilər qarşısında məsuliyyət daşımadığına və onların problemlərini həll etmək imkanlarından məhrum olduqlarına görə daha çox majoritar seçki sisteminə üstünlük verilməlidir.

 

Deputatlar referendumla bağlı komissiyaların və məntəqələrin yaradılması məsələlərində mütəşəkkilliyin əhəmiyyətinə də toxundular. Onlar dedilər ki, referendumun yüksək səviyyədə keçirilməsi üçün Milli Məclisin deputatları da də öz səylərini əsirgəməməlidir.

Referendumun keçirilməsinin zəruriliyini hüquqi cəhətdən əsaslandıran deputat Əli Hüseynov qeyd etdi ki, Avropa Şurasının tam hüquqlu üzvü kimi Azərbaycan son illər məhkəmə və hüquq islahatları aparır. Bu islahatlar MDB-nin üzvü olan dövlətlərin hamısından sürətlə həyata keçirilir. O, belə bir cəhəti də vurğuladı ki, majoritar seçki sistemi əsasında deputat seçilməyə imkanı olmayan müxalifət liderlərinin prezidentlik iddiasına düşməsi gülüncdür.

Müzakirələrin sonunda çıxış edən deputatlar qeyd etdilər ki, beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək referendum ilə əlaqədar rəyləri müsbətdir. Eyni zamanda, deputat Səməd Seyidov bildirdi ki, bəzi mətbuat orqanlarında beynəlxalq təşkilatların ayrı-ayrı üzvlərinin referendumla bağlı fikirləri bu təşkilatların rəyi kimi qələmə verilir. Bu, düzgün deyildir və ictimaiyyət bilməlidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda keçiriləcək ümumxalq səsverməsini təbii və qanunauyğun hal kimi qəbul edirlər. O, Konstitusiyaya dəyişikliklərlə əlaqədar Avropa Şurasının mövqeyini açıqlayaraq bildirdi ki, iki saat əvvəl bu təşkilatın rəhbərlərindən olan cənab Bruno Hallerdən faksla məlumat alınmışdır. Orada konkret yazılmışdır ki, Azərbaycanda keçiriləcək referendumla bağlı, yaxşı olar, Milli Məclisdə müzakirələr aparılsın. Halbuki, biz bu təklif daxil olmadan da müzakirələr aparmaq barədə qərar qəbul etmişdik və müzakirələri aparırıq.

Çıxış edən deputatlar xüsusi olaraq vurğuladılar ki, bugünkü müzakirələr Avropa Şurasının tələbi ilə deyil, məhz Milli Məclisin 45 deputatının müraciəti əsasında keçirilir. Onlar həmçinin qeyd etdilər ki, referendum keçirilməsi Azərbaycanın daxili işi və müstəsna səlahiyyətidir.

Çıxış edən deputatların mütləq çoxluğu referendumun yüksək səviyyədə keçiriləcəyini və Konstitusiyaya təklif edilən dəyişikliklərə xalqımızın səs verəcəyinə əmin olduqlarını söylədilər.

Müzakirələrə yekun vuran Milli Məclisin sədri MURTUZ ƏLƏSGƏROV bildirdi ki, səmərəli keçən sessiyada 52 deputat çıxış etmişdir. Əsas fikir ondan ibarət oldu ki, belə bir referendumun keçirilməsinə ehtiyac vardır. Konstitusiya heç bir ölkədə sabit qalmır, dünyada ən sabit konstitusiya olan ABŞ Konstitusiyasına 27 əlavə və dəyişikliklər edilmişdir. Bizim Konstitusiyaya təklif olunan dəyişikliklər Milli Məclisin qəbul etdiyi qanunlar, qoşulduğu konvensiyalar və digər qanunvericilik aktları əsasında formalaşmışdır.

X X X

Sonra parlament sədrinin müavini Ziyafət Əsgərov Konstitusiyaya dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı Milli Məclisin Azərbaycan xalqına müraciətini oxudu.

\Müraciətin mətni qəzetin birinci səhifəsində dərc olunur\.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Milli Məclisin növbədənkənar sessiyası bağlı elan edildi.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb