MİLLİ MƏDƏNİ İRSİMİZİN QORUNMASI VƏ TƏBLİĞİNƏ HAMI QAYĞI GÖSTƏRMƏLİDİR
AMEA-nın Azərbaycan Tarixi Muzeyində “Mədəni irs ili” və 18 may Beynəlxalq muzeylər günü münasibətilə yıgıncaq keçirilmişdir.
Azərbaycanın milli mədəni irsinin qorunub saxlanılması kimi aktual məsələyə həsr olunmuş tədbiri muzeyin direktoru, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı acaraq, ölkəmizdə milli mədəni irsin qorunması və təbliğində muzeylərin əvəzsiz rolundan danışdı, 80 yaşlı Azərbaycan Tarixi Muzeyində bu sahədə görülən işlər barədə məlumat verdi. Eyni zamanda bildirildi ki, dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının mədəni irsini beynəlxalq aləmdə lazımınca təqdim etmək üçün muzeyin imkanları müasir tələblərə cavab vermir. İndiki iqtisadi çətinliklər dövründə təkcə dövlət büdcəsindən ayrılan vəsait hesabına lazımi səviyyədə fəaliyyət göstərməyin mümkünsüzlüyünü vurğulayan direktor Azərbaycan Tarixi Muzeyinin Hamılər şurasının yaradılmasının vacibliyini bildirdi.
Azərbaycan MİLLİ Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri Şahlar Əsgərov, akademik Bəkir Nəbiyev, Milli Məclisin deputatı Səlahəddin Xəlilov və başqaları muzeyin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etdilər, milli mədəni irsimizin qorunub saxlanılması və təbliğ olunması kimi son dərəcə faydalı işlərində onlara uğurlar arzuladılar. Natiqlər muzeyin Hamilər şurasının yaradılması barədə təklifi dəstəklədilər.