Milli Qəhrəman Elşad Yəhyayevin xatirəsi anılmışdır
Bakı, 9 may (AZƏRTAC). Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının kollektivi veteranlar və şəhid ailələrinin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri Xidmətin mühafizə alayında xidmət aparmış və Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayevin xatirəsinə həsr edilmişdir.
Xətai rayonundakı Milli Qəhrəman E.Yəhyayev adına 56 məktəbin və mühafizə alayının kollektivinin birgə keçirdikləri tədbirdə qəhrəmanın ailə üzvləri, keçmiş döyüş yoldaşları iştirak etmişlər. Mərasimdə çıxış edənlər qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan ətraflı söhbət açmışlar.
Anma tədbiri şəhidin abidəsi önünə əklil qoyulmaqla başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]