Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə minifutbol turniri keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə ASAN könüllüləri arasında Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda yerləşən “AzFar” stadionunda keçirilən turnirdə 6 komanda iştirak edib.
Turnirdə “ASAN Sumqayıt” komandası birinci olub. İki saylı ASAN və 1 saylı ASAN komandaları ilk üçlüyü tamamlayıblar.
Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom və medallar təqdim edilib.