“Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli qəhrəmanlar haqqında silsilə videoçarxlar hazırlanır.
MKS-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin sonuncu 7-ci videoçarxı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhidlər və qəhrəmanlıq haqqında sitatları ilə başlayır. Videoçarxda Milli qəhrəmanlar Niyazi Aslanovun, Gültəkin Əsgərovanın, Eldar Həsənovun, Yuri Kovalyovun, Füzuli Rüstəmovun, İbad Hüseynovun, Eltun İsgəndərovun gənclərə örnək şərəfli ömür yolu, göstərdikləri qəhrəmanlıqlar, təltifləri və xatirələri haqqında məlumatlar verilir.
Süjetdə Milli qəhrəmanlardan altı nəfər Birinci Qarabağ müharibəsində, 1 nəfər sərhəd pozucuları ilə döyüş (2009) zamanı qəhrəmanlıq göstərib.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]