Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü - bütün uğurlarımızın, zəfərlərimizin başlanğıc tarixi

Milli Qurtuluş Günü - bütün uğurlarımızın, zəfərlərimizin başlanğıc tarixi

Bakı, 13 iyun, AZƏRTAC

Hər bir tarixi gün, əlamətdar hadisə ölkənin taleyində özünəməxsus rolu ilə diqqətdə olur. Bu baxımdan müstəqillik tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Gününün çağdaş tariximizdə xüsusi yeri var. Bu tarixi gün adından da göründüyü kimi, müasir müstəqil Azərbaycan Respublikasının tarixində dövlətin, xalqın xilası, qurtuluşu, yeni dövrün başlanması kimi səciyyələndirilir. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir və bu fonda Azərbaycanın bugünkü reallıqlarına, uğurlarına görə kimə borclu olduğumuz təhlillər əsasında indiki və gələcək nəsillərə çatdırılır. Böyük əminliklə və qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan ən yaxşı halda bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara qısa nəzər salanda keçilən yolun necə çətin, keşməkeşli olduğu göz önündə canlanır. Bəli, müstəqilliyimizin bərpasından bir il ötməmiş hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. O dövrün iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrü bilməyən gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxlaya bildiyimizi öyrənməlidir. Bilməlidir ki, biz bugünkü xoşbəxt həyatımız üçün kimə borcluyuq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə qeyd edib ki, müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın çətin günlərində xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə ölkəmizi yenidən qurdu. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını bir zərurətə çevirdi. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti, Ulu Öndərin bu müraciətə cavabı YAP-ın yaranmasını şərtləndirdi. Həmin müraciətdə ölkənin yaşadıqları, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən xilas edəcək Liderə böyük ehtiyac olduğu xüsusi qeyd edilmişdi. Bir daha vurğulanmışdı ki, belə bir partiya yaranarsa, ona rəhbərlik edib, xalqı öz ətrafında sıx birləşdirəcək Lider Ulu Öndər Heydər Əliyev ola bilər. Ulu Öndər Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu bildirmişdi. Beləliklə, YAP yaradıldı və Ümummilli Lider onun Sədri seçildi. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev Prezident seçildi və artıq ölkəmizin böhrandan çıxma prosesi başladı. Müstəqillik tariximiz məhz həmin vaxtdan başladı.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı və doğma Vətəninin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal gərginliyin episentri olan Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyununda isə Milli Məclis 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması barədə qərar qəbul etdi.

Vüqar Rəhimzadə bildirib ki, həmin vaxtdan keçən 31 ilin Azərbaycanın müstəqillik tarixinə hansı uğur səhifələrini yazdığını qət edilən yolun təhlili fonunda aydın görürük. Ümummilli Lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın dövlət müstəqilliyini daimi və sarsılmaz etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi idi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ümummilli Liderin müəllifi olduğu milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Ölkəmizin ilk Konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları tarixi ədalətin bərpası üçün səfərbər edildi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev yolunun təqdimatıdır. Bu yol addım-addım Azərbaycanı bugünkü qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən ölkəyə çevirdi. Azərbaycan artıq dörd ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmalarından qürur duyurlar. Qurtuluş Azərbaycanı sözü imzası qədər əhəmiyyətli olan ölkəyə çevirdi. Ümummilli Liderin arzusu Azərbaycanın daim zirvələrdə olması, müstəqillik tariximizi uğurlu səhifələrlə zənginləşdirmək idi. Dahi rəhbər daim bu çağırışı edirdi ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalqdır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir.

Vüqar Rəhimzadə bildirib ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Zəfərlərə aparır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ölkəmizin həyatında yeni dövr başladı. Ötən ilin 20 sentyabr tarixindən sonra bayramlarımızın qeyd edildiyi məkanların əhatə dairəsi genişləndi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə növbədənkənar prezident seçkiləri keçirildi. Bu gün digər bayramlarımız kimi, Milli Qurtuluş Günü də ilk dəfə olaraq Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə qeyd ediləcək. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur hissi yaradan bu uğurlarımız, Zəfərlərimiz öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərinin birində bu arzunu ifadə etməklə yanaşı, onun reallığa çevriləcəyinə də əminliyini diqqətə çatdırmışdı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, artıq Ulu Öndər Heydər Əliyevin arzuları reallığa çevrilib. Yeni dövrün başlanğıcı olan 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev verilən vədlərin həyata keçdiyini böyük əminliklə qeyd edərək bildirdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası olan Ulu Öndər Heydər Əliyevin ideyaları ölkəmizi zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha yüksək zirvələri fəth edəcək. Heydər Əliyev irsinin təbliğində xüsusi rolu olan Heydər Əliyev Fondu Qurtuluşdan bu günədək gedilən yolun indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır. Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirib. Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır və onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb