Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu

Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu

Bakı, 14 iyun, AZƏRTAC

Artıq ikinci ildir ki, torpaqlarımızın məhz savaş meydanında işğaldan azad edilməsinin qürurunu yaşayırıq. Bu ali duyğu hər birimizə ona görə mənəvi rahatlıq gətirir ki, onu təkcə fərdi qaydada deyil, millət, xalq olaraq yaşayırıq. Son iki əsrdə ərazisi hissə-hissə işğal edilən və zaman-zaman deportasiyaya məruz qalan xalqımız üçün bu hissin milli-mənəvi əhəmiyyəti həm də ondadır ki, bəzi böyük dövlətlərin tarixən işğalçı Ermənistanın yanında yer almasına baxmayaraq, milli kimliyimizi, milli ləyaqətimizi qorumağa qadir olduğumuzu sübut etdik. Tarixi zəfərimiz asan başa gəlmədi, bu yolda şəhidlər verdik. Ordumuz, xüsusən gənclərimiz fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərdi, bir çoxu qazi mərtəbəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Bu sözlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tarixi ədalətin bərpasına və hüququn aliliyinə aparan yol ona görə bu qədər uzun çəkdi ki, siyasi riyakarlıqla, ikili standartlarla üzləşməli olduq. Dünyanın üç böyük dövləti, üç nüvə ölkəsi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü 28 il ərzində işğalçı Ermənistana qarşı bir dəfə də olsun sanksiya tətbiq etmədi. Kim inana bilər ki, bu üç nəhəng dövlət BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini Ermənistana icra etdirməkdə 27 il boyunca aciz qaldı? Əgər o zaman beynəlxalq hüququ saya salmayan və vasitəçilərin “kəsərsizliyindən” istədiyi kimi faydalanan Ermənistana qarşı hazırda Ukraynaya görə tətbiq edilən sanksiyaların eynisi qəbul olunsaydı, indi nə Ukraynada, nə də başqa coğrafiyalarda separatçılığa bu qədər həvəs göstərilməz və dəstək verilməzdi. Cəmiyyətimiz ikili standartlardan gileylənərkən həm də üzləşdiyi bu cür ayrı-seçkilik nümunələrinə əsaslanır. Təəssüf ki, belə nümunələr az olmayıb. Bütün bunlara baxmayaraq, xalqımız haqqa və ədalətə, beynəlxalq hüquqa olan inamını itirmədi. İlk növbədə, ona görə ki, dövlətimizin yürütdüyü siyasət cəmiyyətin özgüvəninin qorunmasına və hakimiyyətə olan inamının möhkəmlənməsinə xidmət göstərdi. Ulu öndər Heydər Əliyev məhz bu gerçəklikdən çıxış edərək belə demişdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Hüquqlarını anlamaq hələ o demək deyil ki, istənilən cəmiyyətə, istənilən xalqa onları qorumaq nəsib olur. Əgər torpaqlarımızın ardıcıl şəkildə işğal edildiyi, milli ləyaqətimizin sınağa çəkildiyi, hərc-mərcliyin baş alıb getdiyi, ölkəmiz parçalanmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi dövrdə - 1993-cü ilin iyununda Heydər Əliyev xalqımızın yekdil və təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, Qarabağı və dövlət müstəqilliyini Azərbaycana unutdurmaq istəyənlər öz istəklərinə nail ola bilərdilər. Heydər Əliyev ona görə Böyük Azərbaycanlı və nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqımız üçün ən çətin, taleyüklü günlərdə onun yanında oldu və tarixi Xilaskar missiyasını yerinə yetirdi. Ulu Öndər 1993-cü ilin Prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında hansı ağır mirasla üzləşdiyini və məsuliyyəti nəyə görə üzərinə götürdüyünü belə ifadə etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır... Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir”.

Ulu Öndərin bənzərsiz dövlət idarəçiliyi təcrübəsi və qətiyyəti sayəsində ölkəmizdə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, vətəndaşların təhlükəsizliyi və ictimai-siyasi sabitlik təmin olundu, qısa müddətdə insanların dövlət institutlarına inamı bərpa edildi. Heydər Əliyev dünya güclərinin xüsusi ehtiramla yanaşdığı siyasi nüfuzu sayəsində ona da nail oldu ki, maraqları toqquşan böyük dövlət başçılarını bir araya gətirə bildi və çoxsaylı maneələrə baxmayaraq, 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktı imzalandı. Bununla da müasir Azərbaycanın iqtisadi müstəqilliyinin etibarlı bünövrəsi qoyuldu, torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu quruculuğuna başlanıldı, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət siyasətinin prioritetinə çevrildi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ölkəmizin qanunvericilik bazasının bəşəri dəyərlər və fundamental beynəlxalq prinsiplər əsasında formalaşdırılmasının əsası qoyuldu. Heydər Əliyev təkcə Azərbaycanın dövlət müstəqilliyini və xalqımızın öz dövlətinə sahib olmaq haqqını xilas etmədi, Ulu Öndər həm də bu gün hər birimizin qürur duyduğu müasir və güclü Azərbaycanın memarı oldu. Məhz bu xidmətlərinə görə xalqımız öz xilaskarını hər il iyunun 15-də - Milli Qurtuluş Günündə xüsusi ehtiramla yad edir, bu böyük azərbaycanlını qəlbində və tarixində yaşadır. Dünya dövlətlərinin keçdiyi yola, lider nümunələrinin müqayisəli təhlilinə diqqət ayırsaq, bir daha əmin olarıq ki, Heydər Əliyev miqyasında dövlət xadimi ilə az-az xalqlar öyünə bilir. Fərqi bir daha görmək üçün Nizami Gəncəvinin bu misralarını yada salmaq kifayətdir: “İnsandan-insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər”. Heydər Əliyev və onun siyasi irsi xalqımızın tarixində heç vaxt korşalmayacaq və əbədi yaşayacaq Zəka Qılıncıdır. Çünki Ulu Öndərin xilaskarlıq missiyasını tarixi Zəfər zirvəsinə çatdıran Prezident İlham Əliyev kimi layiqli davamçısı var. Siseron dəyərli kəlamlarından birində belə demişdi: “Şərəf və düzgünlük ədalətin təməlidir”. Prezident İlham Əliyev müstəqil Azərbaycanın tarixinə adını Müzəffər Ali Baş Komandan olaraq yazdırmağa ona görə müvəffəq oldu ki, Ulu Öndərin şərəfli ömür yolunu şərəf və dürüstlük üzərində davam etdirir. Düşmən tapdağından azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə start verən Prezident İlham Əliyevin tarixi uğurlarının səbəbi həm də budur ki, O, azərbaycançılıq, türkçülük, milli və müstəqil dövlətçilik məfkurəsinə siyasi sələfi Heydər Əliyev qədər qəlbən bağlıdır. Ötən il iyunun 15-də, məhz Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladıqları tarixi Bəyannamə də elə bu əqidə bağlılığının, müstəqil Azərbaycana və böyük Türk dünyasına xidmətin nəticəsidir. Qardaş Türkiyə ilə əlaqələrimizi müttəfiqlik səviyyəsində rəsmiləşdirən həmin Bəyannamə mahiyyətcə yüz il əvvəlki Qars müqaviləsinin məntiqi davamıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolumuzla bağlı Azərbaycan gerçəkliyini qədim Şuşada belə ifadə etmişdi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində ümumi qələbəmizə xidmət edən milli ideologiyanın mahiyyətini bu cümlələrlə ifadə etdi: “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır... Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltəraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO