MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Çıxış edənlər ölkədə 1993-cü il iyun hadisələri ərəfəsində yaranmış ağır vəziyyəti xatırlatmış, o zaman hökm sürən hərc-mərclikdən, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra sabitliyin bərpa olunmasından söz açmışlar. Natiqlər dünya şöhrətli siyasi xadimin Vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çarpdırmış, həmçinin ulu öndərimizin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar.
Natiqlər ümummilli liderimizin siyasi xəttinin bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini və xalqımızın gələcəyinə böyük ümidlər bəslədiklərini bir daha diqqətə çatdırmışlar.