Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevirdə Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur

Bakı, 17 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mingəçevir şəhərinin inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Mingəçevirin inkişafına mühüm töhfə vermişdir. Ümummilli liderin bu fəaliyyətini Mingəçevir şəhər ictimaiyyəti ehtiramla yad edir. Mingəçevir şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də Ulu Öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verdi ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanmışdır. Altı min kvadratmetrlik ərazidə inşa olunan Mərkəzdə ən müasir standartlar tətbiq edilmişdir. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Mərkəz Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlərdən biridir. Mərkəzdə Ulu Öndərin ölkəmizə rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən fotostendlər qurulmuşdur.

Prezident İlham Əliyev mərkəzin akt zalı ilə tanış oldu. Bildirildi ki, 570 yerlik geniş və işıqlı akt zalında şəhər və respublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur. Mərkəzdəki xüsusi guşədə dövlət atributları haqqında məlumat verilir. Burada, həmçinin Azərbaycanın zəngin dövlətçilik tarixini əks etdirən lazer lövhə yaradılmışdır. Mərkəzə gələn hər bir kəsin Azərbaycanın tarixi ilə bağlı dolğun məlumat əldə etmək imkanı vardır.

Qeyd olundu ki, Mərkəzin ikinci mərtəbəsindən sərgi zalı kimi də istifadə ediləcəkdir. Hazırda burada mingəçevirli rəssamların və heykəltəraşların əl işləri nümayiş olunur. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişafı üçün kurslar təşkil ediləcəkdir. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulmuşdur. Mərkəzdə ulu öndər Heydər Əliyevin irsini öyrənən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən monitor-zallar da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər, o cümlədən müasir formatlı kinozal, sərgi salonu, fotostudiya, dizayn və rəsm studiyası yaradılmışdır.

Sonra dövlətimizin başçısı Mərkəzdə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Şəhər ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevirdə çox əlamətdar bir gündür. Biz Mingəçevirdə Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Çox gözəl, möhtəşəm binadır. Həm xarici gözəlliyi ilə seçilir, əlbəttə ki, daxili tərtibatı da çox yaxşıdır, yüksək səviyyədə tikilmişdir. Əlbəttə ki, Ulu Öndərin yubileyi ərəfəsində Mingəçevirdə belə Mərkəzin açılışı çox böyük məna daşıyan bir hadisədir.

Ulu Öndər bütün dövrlərdə öz Vətəninə sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan sovet məkanında ən qabaqcıl yerlərə qalxa bilmişdir. Mingəçevir üçün o illər ərzində çox böyük işlər görülmüşdür. Mingəçevirin sovet məkanında çox böyük sənaye mərkəzinə çevrilməsi də məhz Ulu Öndərin adı ilə bağlı olmuşdur. Əlbəttə, müstəqillik dövründə Heydər Əliyevin xidmətləri o qədər böyükdür ki, bu barədə danışmaq üçün saatlarla vaxt lazımdır. Ən ağır illərdə xoşagəlməz halların qarşısı məhz onun rəhbərliyi ilə alındı və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Müstəqilliyimizin ilk illəri hamımızın yaxşı yadındadır. O vaxt əslində Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında idi. Əvvəlki rəhbərlik ölkəni uçurum kənarında qoymuşdu. Azərbaycan xalqının iradəsi, o cümlədən mingəçevirlilərin Ulu Öndərə olan inamı vəziyyətin köklü şəkildə dəyişməsinə gətirib çıxardı. 1993-cü ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir, uğurla və

sürətlə gedir. Bu gün də Ulu Öndərin siyasi xətti davam etdirilir. Hər bir yerdə, hər bir bölgədə və hər bir istiqamət üzrə onun qoyduğu yol bu gün inkişaf yoludur.

Mingəçevirin inkişafı da çox sürətlidir. Son illər bu şəhərdə böyük işlər görülüb. Şəhər gözəlləşib, abadlaşıb. Yeni gözəl binalar tikilibdir, küçələr genişləndirilibdir. İctimai yerlər yaradılıbdır, parklar salınıbdır. Bu gün bir daha gedən işlərlə tanış oldum. Görürəm ki, doğrudan da, bütün işlər böyük zövqlə, keyfiyyətlə aparılır. İnsanların rahat yaşaması üçün bütün işlər görülübdür.

Əvvəlki dövrlərdə də Mingəçevirdə olarkən açılışlarda iştirak etmişdim. Keçən dəfə biz Kür avarçəkmə bazasının açılışını qeyd etdik. Bu da ölkə miqyasında nadir bir idman və turizm obyektidir. Çox şadam ki, biz bu bazanı nəinki bərpa edə bildik, ən yüksək dünya standartlarına cavab verən bir idman və turizm mərkəzini yarada bilmişik. Əlbəttə ki, gələcəkdə şəhərin inkişafı üçün turizm sektoru önəmli rol oynaya bilər və oynamalıdır. Çox şadam ki, sahilin o biri tərəfində yeni otellər, istirahət zonaları tikilir.

Mingəçevirin çox gözəl iqlimi, çox gözəl təbiəti vardır. Kür çayı boyu yerləşən ən gözəl şəhərdir. Kür çayının rəngi də burada çox gözəldir, çox şəffafdır. Belə bir rəng heç bir başqa yerdə yoxdur. Bunu siz də bilirsiniz, biz də bilirik. Əlbəttə, Mingəçevirin bu gözəl təbii vəziyyətindən biz gərək maksimum dərəcədə istifadə edək. İş adamları buraya investisiya qoymalıdır. Mingəçevir Azərbaycanın çox böyük turizm mərkəzinə çevrilməlidir. Bunu etmək üçün bir daha demək istəyirəm ki, bütün imkanlar vardır. Artıq tikilən otellər də turizm sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, biz gərək Mingəçeviri böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı xüsusi göstəriş vermişəm. Əslində Azərbaycanda üç böyük sənaye mərkəzi müəyyən olunubdur - Bakı, Sumqayıt və Gəncə. Mingəçeviri də biz bu siyahıya əlavə etməliyik. Sovet vaxtında burada çoxlu müəssisələr fəaliyyət göstərirdi. Sonra onların bir çoxu bağlandı. Biz Mingəçeviri yenidən böyük sənaye mərkəzinə çevirməliyik. Buna nail olmaq üçün artıq hökumətə müvafiq göstərişlər verilmişdir. İndi işlər gedir ki, Mingəçevirdə texnologiya parkı yaradılsın. Dövlətin dəstəyi ilə burada bir neçə iri müəssisə yaradılsın ki, iş yerləri çoxalsın. Bilirəm, baxmayaraq ki, son illərdə Mingəçevirdə iş yerləri ilə bağlı böyük işlər görülübdür, amma hələ də işsizlər vardır. Biz gərək şərait yaradaq ki, onlar işlə təmin olunsunlar və öz maddi vəziyyətlərini yaxşılaşdıra bilsinlər. Ona görə Mingəçevirin gələcək inkişafı sənayenin, turizmin inkişafı ilə bağlı olacaqdır. Əlbəttə ki, sosial infrastrukturun yaradılması və müasirləşdirməsi istiqamətində də işlər gedəcəkdir.

Mənə verilən məlumata görə şəhər xəstəxanası o qədər də yaxşı vəziyyətdə deyildir. Xəstəxananın yenidən qurulmasına ehtiyac vardır. Bu barədə göstəriş veriləcəkdir.

Eyni zamanda, Mingəçevirdə hələ ki, Olimpiya Mərkəzi tikilməyibdir. Düzdür, biz daha çox Kür avarçəkmə bazasının tikintisi ilə məşğul idik. Bu da əlbəttə ki, ölkə miqyasında böyük bir idman qurğusudur. Ancaq Kür avarçəkmə bazasında daha çox peşəkar idmançılar məşğul olurlar. Olimpiya Mərkəzlərində isə adi vətəndaşlar, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olmalıdırlar. Ona görə Mingəçevirdə şəhər xəstəxanası, olimpiya mərkəzi, turizm obyektləri və sənaye müəssisələrinin yaradılması gələcək illərdə bizim üçün əsas istiqamət olacaqdır.

Şübhəsiz ki, sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımız, məcburi köçkünlərin problemləri də öz həllini tapmalıdır. Bu gün böyük bir şəhərcik açılır. Mingəçevirdə 20 mindən artıq köçkün məskunlaşıbdır, onların problemləri də tədricən öz həllini tapır. Mingəçevirdə bundan sonra da köçkünlər üçün yeni binalar, evlər tikiləcəkdir.

Yəni, Mingəçevirin timsalında biz ümumiyyətlə, ölkəmizin inkişaf modelini görürük - güclü sənaye potensialı, sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft sektorunun inkişafı. Çünki bizim üçün, yəni, dövlət, hökumət üçün gələcək illərdə əsas vəzifə bunlardan ibarət olacaq ki, ölkəmiz hərtərəfli inkişaf etsin, bütün bölgələr daha da böyük inkişafa nail olsun və iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün qeyri-neft sektorunun inkişafına daha da böyük təkan verilsin. Bu ilin birinci rübündə qeyri-neft sektorumuz 11,4 faiz artmışdır. Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir.

Əlbəttə, Mingəçevirin gələcək inkişafı və şəhərin abadlaşması daim diqqət mərkəzində olacaqdır. Mən dəfələrlə Mingəçevirdə olmuşam, bundan sonra da olacağam, sizinlə birlikdə bütün bu işləri görəcəyik. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

X X X

Ölkəmizin və Mingəçevirin inkişafına göstərdiyi diqqət və qayğıya görə şəhər ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkür edən Bəhmən NƏCMƏDDİNOV dedi:

- Möhtərəm cənab Prezident, Mingəçevir şəhərinə xoş gəlmisiniz. İcazə verin, mingəçevirlilər adından Sizi bu gözəl sarayda salamlayım. Hamıya məlumdur ki, Mingəçevirin inkişafında, bugünkü günə çatmasında Ulu Öndərin çox böyük zəhməti olmuşdur. Məhz Ulu Öndərin böyük təşəbbüsü və qətiyyəti sayəsində Mingəçevir Azərbaycanın energetika mərkəzinə çevrilmişdir. Siz bilirsiniz ki, Cənubi Qafqazın ən iri enerji nəhəngi olan İstilik Elektrik Stansiyası məhz Mingəçevirdə Ulu Öndərin qətiyyəti nəticəsində tikilmişdir və bu gün də bu stansiya Azərbaycan iqtisadiyyatında böyük əhəmiyyət kəsb edir.

Bu möhtəşəm sarayın tikintisində bütün mingəçevirlilər fəal iştirak etmişlər və bizim nəsil bildiyiniz kimi, ümummilli lider Heydər Əliyevin dövründə böyümüşük, onun irsini gözəl bilirik. Bu saray gənclərimizin gələcəkdə Ulu Öndərin dərin irsini, həyat məktəbini öyrənmək üçün çox gözəl bir yer olacaqdır. Burada gənclərimiz müxtəlif klublarda öz bilik və intellekt səviyyələrini artıracaqlar, özlərinə lazım olan məşğuliyyətləri artıq burada tapa biləcəklər.

Sizin sayənizdə ölkəmizin iqtisadiyyatı çox sürətlə inkişaf edir. Buna misal olaraq Dünya İqtisadi Forumunun Bakı şəhərində keçirilməsini göstərmək olar. Bu, Azərbaycanın bugünkü dünya iqtisadiyyatında hansı səviyyədə olduğunu təsdiqləyən bir göstəricidir. Orada iştirak edən qonaqların Azərbaycan iqtisadiyyatına, Azərbaycanın inkişafına verdiyi qiymətlər ürəyimizi dağa döndərdi. Bunların hamısı Sizin apardığınız düzgün siyasətin nəticəsidir. Azərbaycan durmadan inkişaf edir. Bu, danılmaz bir faktdır. Belə inkişaf edən bölgələrdən biri də Mingəçevir şəhəridir.

Bu gün Siz qeyd etdiniz, Mingəçevir şəhəri abadlaşır, gözəlləşir, gözəl xiyabanlar tikilir, parklar açılır, belə möhtəşəm saraylar istifadəyə verilir, qaçqınlarımız-köçkünlərimiz üçün gözəl binalar tikilir, infrastruktur dəyişir. Bu, bizi çox sevindirir. Mingəçevirə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mingəçevirlilərin böyük təşəkkürünü çatdırmaq istəyirəm.

Biz Sizin ötən bazar günü Nazirlər Kabinetinin iclasındakı çıxışınızı diqqətlə izləmişik və Mingəçevirə verdiyiniz bu töhfəni böyük səmimiyyətlə qarşılayırıq. Bəli, həqiqətən Mingəçevir buna layiqdir.

Siz qeyd etdiyiniz kimi, Mingəçevirdə keçmişdə iri sənaye müəssisələri var idi və burada 18 mindən artıq əhali çalışırdı. Amma bu gün baxmayaraq ki, Sizin göstərişinizlə burada emal, istehsal, tikinti müəssisələri işləyir, əhalinin xeyli hissəsi işlə təmin olunub, amma işsizlik problemi yenə də vardır. Sizin bu qərarınızdan sonra işsizliyin aradan götürülməsinə çox böyük təkan veriləcəkdir. Mingəçevirin iqtisadi potensialı güclənəcək, şaxələnəcəkdir.

Mingəçevirlilər Ulu Öndərə sadiq olduqları kimi, həmişə Sizinlə olacaqlar və gələcəkdə bütün işlərini Sizin tələbləriniz səviyyəsində qurmağa çalışacaqlar. Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə Azərbaycanın çiçəklənməsində, inkişafında yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq. Çox sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun, doğrudan da, Mingəçevirin gələcək inkişafı üçün əsas məsələ yeni iş yerlərinin açılmasıdır. Çünki şəhərdə quruculuq-abadlıq işləri çox yaxşı gedir, yeni parklar salınır, ictimai yerlər yaradılır, eyni zamanda, bütün infrastruktur layihələri uğurla icra edilir. Mənə verilən məlumata görə, qazlaşdırma Mingəçevirdə 94 faizə çatmışdır. Yəni, ümumi ölkə üzrə qazlaşdırma hələ ki, o səviyyədə deyildir. İçməli su, elektrik enerjisi ilə heç bir problem yoxdur. Təbii ki, Mingəçevir bütün ölkəmiz üçün elektrik enerjisi istehsal edir.

Yolların çəkilişi son illər ərzində çox yaxşı getmişdir - şəhər yolları abadlaşıb, gözəlləşib, indi yeni layihələr icra edilir. Belə gözəl obyektlər tikilir. Bu gün, eyni zamanda, Gənclər Evi də açılacaqdır. Yəni, sosial infrastrukturla bağlı dediyim kimi, xəstəxana, olimpiya mərkəzi tikiləcəkdir. Ona görə yeganə əsas məsələ iş yerləridir və bu istiqamət üzrə biz daha da fəal işləyəcəyik ki, gələcəkdə Mingəçevirdə də işsizliyin səviyyəsi ölkədə olduğu kimi olsun. Çünki son illər ərzində Azərbaycanda işsizlik böyük dərəcədə aşağı düşmüşdür və statistikaya görə cəmi 5,2 faiz təşkil edir. Mingəçevirdə isə bu göstərici əfsuslar olsun ki, daha böyükdür. Ona görə biz əsas yükü verəcəyik bu məsələlərə. Verilən göstərişlər və hazırlanan layihələr əminəm ki, yaxın zamanlarda Mingəçevirdə bir neçə iri müəssisənin yaradılmasına gətirib çıxaracaqdır. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra edəcək. Bu layihələr dövlət dəstəyi ilə icra ediləcəkdir və eyni zamanda, biznes qurumlarını da biz yeni müəssisələrin yaradılması üçün Mingəçevirə istiqamətləndirəcəyik. Bu gün Azərbaycanda şirkətlərin böyük hissəsi dövlət tərəfindən dəstək görür və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 250 milyon manat güzəştli kreditlər veriləcəkdir. Yəni, dövlətin kifayət qədər imkanı var ki, istənilən coğrafi məntəqəyə bu investisiyaları yönəltsin. Əlbəttə, Mingəçevir burada ön planda olacaq, çünki buna böyük ehtiyac vardır. Əminəm ki, gələcək illərdə Mingəçevirin böyük sənaye şəhəri kimi şöhrəti yenə də yüksək səviyyədə olacaqdır.

Bir daha sizə təşəkkür edirəm, sağ olun.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyevə Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə bağlı məlumat verildi. Qeyd olundu ki, parkda tikinti işlərinə bu ilin yanvarında başlanmışdır. Ümumi ərazisi altı hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılmış, geniş yaşıllıq zolaqları salınmış, dekorativ ağac və kollar əkilmişdir. İndi parkda yay konsert səhnəsi tikilir. Burada açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunacaqdır. Parkda müxtəlif istirahət guşələri, həmçinin uşaqların əylənmələri üçün hər cür şərait yaradılacaq, müasir attraksionlar və uşaq yelləncəkləri quraşdırılacaqdır. Artıq 100 müasir oturacaq qoyulmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, ətrafdakı fərdi evlər və digər binalarda da əsaslı təmir işləri aparılacaqdır. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi artıq quraşdırılmışdır. Bir sözlə, müasir standartlar səviyyəsində inşa olunan park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevriləcəkdir.

Azərbaycan Prezidenti yeni parkın tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib