MİNGƏÇEVİRDƏ “MÜSTƏQİL AZƏRBAYCAN” ABİDƏSİ UCALDILIR
Mingəçevirin mərkəzindəki M.Ə.Rəsulzadə prospektində Azərbaycanın dövlət müstəqilliyi şərəfinə ucaldılan abidənin təməlqoyma mərasimi olmuşdur. Şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı çıxışında vurğulamışdır ki, bu abidə dövlətimizin başçısı Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” 2003-cü il 1 fevral tarixli Sərəncamına əsasən inşa edilir. Ümumşəhər tikintisi elan olunmuş abidənin təntənəli açılış mərasimi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Respublika Prezidenti Heydər Əliyevin ad günu keçiriləcəkdir. Bu, həm tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə, həm də onun arzularını həqiqətə çevirən ölkə rəhbərinə mingəçevirlilərin tükənməz sevgisinin ifadəsi və əbədiyaşar hədiyyəsi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]