Mingəçevirdə və Zaqatalada polis sakinlərlə maarifləndirici söhbətlər aparıb, onlara tibbi maska paylayıb
Bakı, 8 may, AZƏRTAC
Zaqatala Rayon və Mingəçevir Şəhər Polis şöbələrinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin dayanacaqlarda, marşrut avtobuslarında maska taxmadan əyləşən sərnişinlərə, eləcə də piyada hərəkət edən sakinlərə tibbi maska təqdim olunub, sosial məsafənin qorunması tövsiyə olunub.