MİNSKDƏ AZƏRBAYCAN-BELARUS BİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Belarus Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə iyunun 2-də Minsk şəhərində Azərbaycan-Belarus biznes-forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan tərəfdən 10 iş adamı ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan İnvestisiya Şirkətinin və AZPROMO-nun nümayəndələri də iştirak etmişlər.
Mərasimdə Belarusun Sənaye və Ticarət Palatasının prezidenti Vasili Romanov respublikanın iqtisadiyyatı barədə danışmış, Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda tədbirin mühüm rolunu diqqətə çatdırmışdır.
AZPROMO-nun prezidenti Emil Məcidov və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamenti direktorunun müavini Hüseyn Paşayev Azərbaycanda sahibkarlığın inkişafı və investisiya mühiti barədə məlumat vermişlər.
AZPROMO Belarus Sənaye və Ticarət Palatası, eləcə də Marketinq və Qiymətlərin Konyunkturu üzrə Milli Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalamışdır.
Sonra biznes-forum öz işini Azərbaycan və Belarus iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:07]
ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb
- 10.06.2026 [11:53]
® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO
- 10.06.2026 [11:38]
AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan
- 10.06.2026 [11:04]
Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb
- 10.06.2026 [10:59]
Ölkədə əmək müqavilələrinin sayı artıb
- 10.06.2026 [10:23]
Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO
- 10.06.2026 [10:18]
Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]