Minskdə MDB Hökumət Başçıları Şurasının 57-ci iclası keçiriləcəkdir
Minsk, 11 may (AZƏRTAC). MDB-nin Minskdəki İcraiyyə Komitəsində AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, mayın 19-da Belarus paytaxtında Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 57-ci iclası keçiriləcəkdir.
İclasın gündəliyinin layihəsinə 19 məsələ daxil edilmişdir. Əsas mövzu MDB üzvü olan dövlətlərin iqtisadi sahədə əməkdaşlığı məsələsi olacaqdır. İclasda Sərbəst Ticarət Zonası haqqında müqavilə imzalanması, MDB üzvü olan dövlətlərin 2020-ci ilə qədər olan dövr üçün Dövlətlərarası İnnovasiyalı Əməkdaşlıq Proqramının ilkin layihəsi müzakirə olunacaqdır.
Mədəniyyət, təhsil və elm sahələrində unikal inteqrasiya potensialından istifadə edilməklə, humanist dəyərlər və mədəni irs əsasında mədəniyyətlərarası dialoq sahəsində humanitar əməkdaşlıq istiqamətləri də böyük əhəmiyyət kəsb edir. İclasın gündəliyinin layihəsində təhlükəsizlik, o cümlədən ərzaq təhlükəsizliyi, MDB-də sahəvi əməkdaşlıq orqanlarının yaradılması, əvvəllər qəbul edilmiş sənədlərə dəyişikliklər edilməsi, qarşılıqlı fəaliyyətin digər istiqamətləri də nəzərdə tutulmuşdur.
Bir çox məsələlər MDB-nin gələcək inkişaf konsepsiyasının reallaşdırılması, Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə hazırlıq, Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyində sədrlik konsepsiyası üzrə əsas tədbirlər planında nəzərdə tutulmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]