Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
Bakı, 22 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşəbbüsü və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının təşkilatçılığı ilə miqrasiya könüllüləri qanvermə aksiyasına qoşulublar.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi qan köçürülməsinə ehtiyac duyan insanların müalicəsinə töhfə verməkdir.