Misirdə yeni neft və qaz yataqlarının işlənməsinə 750 milyon dollar sərmayə yatırılacaq
Qahirə, 13 fevral, AZƏRTAC
Misirin neft və mineral ehtiyatlar naziri Tarik Əl Mulla ölkənin 11 neft və qaz yatağının işlənməsi üçün elan edilmiş tenderin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirin bildirdiyinə görə, bu yataqların işlənməsinə ümumilikdə 750 milyon dollar sərmayə yatırılacaq.
Bu perspektivli yataqların kəşfiyyatının aparılması və işlənməsi hüququnu ABŞ-ın “Exxon Mobil”, Böyük Britaniyanın “BP”, Böyük Britaniya-Niderlandın “Royal Dutch Shell”, İtaliyanın “Eni”, Malayziyanın “Petronas” və Almaniyanın “Dea” şirkətləri qazanıblar.
Yeni yataqlar Misirin Qırmızı dəniz sahillərindəki İsgəndəriyyə əyalətində, Süveyş körfəzində, Nil deltasında və ölkənın qərbindəki səhrada yerləşir.
Qeyd edək ki, son zamanlar Misir təbii neft və qaz hasilatını artırıb və keçən il ölkə özünü qazla tam təmin etdiyini açıqlayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]