Misli Premyer Liqası: “Turan Tovuz” – “Sumqayıt” görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Turan Tovuz” komandası “Sumqayıt”ı qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinə üç xal qazandıran qolu 88-ci dəqiqədə Şəhriyar Əliyev vurub.
Bu qarşılaşmadan sonra xalların sayını 15-ə çatdıran “Turan Tovuz” altıncı pillədəki yerini qoruyub. Dörd xalı olan “Sumqayıt” isə sonuncu pillədədir.
Qeyd edək ki, turun “Kəpəz” - “Səbail”, “Zirə” - “Neftçi” görüşləri oktyabrın 29-da, “Şamaxı” - “Qarabağ” və “Sabah” - “Qəbələ” oyunları oktyabrın 30-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]