MİXAİL MARGELOV: AZƏRBAYCANDA DEMOKRATİYA İNKİŞAFDADIR VƏ NİKBİNLİK DOĞURUR
Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Mixail Margelov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanda demokratiya inkişafdadır və respublikada gedən seçkiqabağı proses nikbinlik doğurur. Azərbaycanda siyasi prosesin inkişaf etməsi, Azərbaycanın çoxsaylı beynəlxalq müşahidəçilər qəbul etməyə hazır olması göstərir ki, ölkədə demokratiya inkişafdadır. Şübhə yoxdur ki, Azərbaycan bu parlament seçkiləri ilə öz Avropa seçimini, Avropa Şurasının tamhüquqlu üzvü kimi öz xarakterini təsdiqləməkdə maraqlıdır. Zənnimcə, Azərbaycan bunun üçün bütün imkanlara malikdir.
M.Margelov vurğulamışdır ki, söhbət qarşısına hakimiyyəti devirmək məqsədi qoymayan və Azərbaycan cəmiyyəti barəsində pozucu mövqe tutmayan məsuliyyətli siyasətçilərdən və məsuliyyətli siyasi partiyalardan gedir. Komitə başçısının sözlərinə görə, seçkiləri izləmək üçün Rusiyadan müşahidəçilərin kifayət qədər böyük bir qrupu gedir. Onlar təkcə parlament üzvləri deyil, həm də ictimai təşkilatın nümayəndələridir. Düşünürəm ki, biz, Azərbaycan Prezidentinin seçkilərindəki kimi, - onların gedişini mən də izləyirdim, - ölkənizin əldə etdiyi nailiyyətləri indi də obyektiv qiymətləndirə biləcəyik. Ümidvaram ki, bu seçkilər uğurla keçəcəkdir.
M.Margelovun fikrincə, Rusiya kimi, Azərbaycan da inqilablardan yorulmuş ölkədir. O demişdir: “Qəti əminəm ki, Avropa ölkəsi kimi Azərbaycana təkamül yolu ilə inkişaf gərəkdir. İnanıram ki, bunu Azərbaycanın məsuliyyətli siyasətçiləri də gözəl başa düşürlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]