Möhsün Pakayin: İranın görkəmli din xadiminin Azərbaycana səfəri din sahəsində əlaqələrimizi möhkəmləndirəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin görkəmli din alimi Ayətullahul-üzma Nuri Həmədaninin Azərbaycanda böyük hörmətlə qarşılanmasına görə dövlət rəsmilərinə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təşəkkürünü bildirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Möhsün Pakayin “Ayətullah Nuri Həmədaninin Azərbaycan Respublikasına səfərini Allahın böyük lütfkarlığı” adlandırıb, onun burada keçirdiyi görüşlərdən razı qaldığını vurğulayıb.
Səfir Qafqaz regionunda böyük din alimlərinin olduğunu qeyd edərək deyib: “Azərbaycanın Lənkəran, Cəlilabad, Gəncə və Bakı kimi şəhərlərində böyük din alimləri və müctəhidlər yaşayıb. Lakin bu ölkə öz müstəqilliyini əldə etdikdən sonra Ayətullah Nuri Həmədani Azərbaycana təşrif gətirmiş ilk mərcəyi-təqlid alimi sayılır”.
Möhsün Pakayin xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinə, həmçinin son illər yaranmış siyasi, mədəni və iqtisadi münasibətlərə toxunaraq Ayətullah Nuri Həmədaninin Azərbaycana səfərinin iki ölkə arasında dini əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacağını vurğulayıb. Qeyd edib ki, hər iki ölkə bu imkanı dəyərləndirməli, dini sahədə fəaliyyət üçün yaranmış münasib şəraitdən İslam birliyinin möhkəmlənməsində, İslamofobiya ilə mübarizədə yetərincə istifadə etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]