“Molde” klubunun baş məşqçisi: Rəqib qələbəyə layiq idi
Bakı, 21 sentyabr, AZƏRTAC
Bilirdik ki, "Qarabağ" bizi irəlidə sıxacaq. Çox yaxşı təzyiq etdilər. Bunu xüsusilə ilk hissədə gördük. "Qarabağ"ı təbrik edirəm. Rəqib qələbəyə layiq idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Norveçin "Molde" klubunun baş məşqçisi Erlinq Moe Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Məğlub olan komandanın çalışdırıcısı sözlərinə belə davam edib: “Hər zaman oyunu yenidən qurmağa çalışırıq. Bu istiqamətdə inkişaf etməliyik. Uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Öz meydanımızda daha yaxşı oynayacağımıza inanıram".
E.Moe bildirib ki, məğlubiyyətə görə məyusdur: “Uduzmağı sevmirəm. Buna görə özümü yaxşı hiss etmirəm. Bu gün yaxşı oynamadıq. Xüsusən ilk hissədə müdafiədən çıxarkən zəif çıxış etdik. "Qarabağ"dan bir addım geridə idik. Komandamın performansına görə məyusam".
Baş məşqçi qrupda ikinci pilləyə iddia etdiklərini söyləyib: “Hələ qrupdakı yekun mövqelər barədə danışmaq üçün çox tezdir. Cəmi bir oyun keçirmişik. Bir neçə matçdan sonra daha konkret danışmaq olar. "Bayer" qrupun favoritidir. "Qarabağ", "Hakken" və biz ikinci yer uğrunda mübarizə aparacağıq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]