Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb
Podqoritsa, 4 dekabr, AZƏRTAC
Monteneqroda həssas etnik məsələ hesab edilən əhalinin siyahıyaalınması prosesinə start verilib.
AZƏRTAC xəbər verir ki, Monteneqro Statistika İdarəsi siyahıyaalma prosesinin 15 gün davam edəcəyini və zərurət yaranacağı təqdirdə müddətin artırılacağını açıqlayıb. Ölkədə yaşamaq icazəsi olan əcnəbilərin də siyahıyaalmaya daxil ediləcəyi bildirilib.
Siyasi gərginlik fonunda Monteneqro hakimiyyəti siyahıyaalmanı 2021-ci ildən bəri dörd dəfə, cari ildə isə bir dəfə təxirə salıb. 2011-ci ildəki sonuncu siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisinin sayı təxminən 620 min nəfər olub, onların 45 faizi monteneqrolu, 30 faizi serb, 8,6 faizi bosniyalı və 4,5 faizi albandır. Həmçinin əhalinin 72,07 faizi pravoslav, 19,11 faizi müsəlmandır.
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]