Moskvada avtobus ictimai nəqliyyat dayanacağına çırpılıb VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
Moskvada avtobus Sxodnenski küçəsindəki ictimai nəqliyyat dayanacağına çırpılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hazırda qəzanın baş verdiyi ərazi polis tərəfindən mühafizəyə alınıb və dövlət avtomobil müfəttişliyinin əməkdaşları orada araşdırma aparırlar.
Bir qədər əvvəl insident zamanı 2 nəfərin həlak olduğu, 1 nəfərin isə yaralandığı bildirilirdi.
İlkin məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Xatırladaq ki, dekabrın 25-də digər bir avtobus qəza törədərək Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının yeraltı keçidinə girmişdi. Həmin hadisə nəticəsində 4 nəfər həlak olmuş, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.