Moskvada Azərbaycanın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyevanın konserti olub
Moskva 18 fevral, AZƏRTAC
Moskvada “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən Azərbaycanın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyevanın konserti olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Frazalar” adlı fortepiano musiqisi konsertinin proqramında N. Mirişli, F. Qarayev, E. Denisov, O. Messian, V. Yekimovski, Y. Vorontsov və K. Debüssinin əsərləri səslənib.
Konsertin əvvəlində sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov çıxış edib.
Fəridə Abdullayeva
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva