Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının veloturuna yekun vurulub
Bakı, 7 may, AZƏRTAC
Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 23 kollektivin mübarizə apardığı yarışın sonuncu, 4-cü mərhələsi Elit yığmamız və “Synergy Baku” kontinental komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsi ilə başa çatıb.
122 km-lik mərhələni 3 saat, 1 dəqiqə, 40 saniyəyə başa vurmaqla hamını qabaqlayan təmsilçimiz, bununla da 4 mərhələnin yekununa əsasən ümumi təsnifatda qalibdən 43 saniyə geri qalmaqla 2-ci yeri tutub. Xatırladaq ki, Pozdnyakov yarışın 1-ci mərhələsində finişi 3-cü keçmişdi.
"Synergy Baku" Rusiya paytaxtında Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]