Moskvada Çin liderinin Rusiya Prezidenti ilə görüşü gözlənilir
Bakı, 20 mart, AZƏRTAC
Rusiyada səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident Vladimir Putinlə görüşü olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox mühüm ünsiyyət olacaq. Liderlər ən aktual məsələləri müzakirə edəcəklər. Görüşün Moskva vaxtı ilə saat 16:30-a baş tutması planlaşdırılıb. Dövlət başçıları birgə nahar edəcəklər”, - deyə Kremlin sözçüsü bildirib.
D.Peskov qeyd edib ki, Si Cinpinin səfərinin əsas hissəsi martın 21-i olacaq. Səfər çərçivəsində nümayəndə heyətlərinin geniş tərkibdə görüşü, sənədlərin imzalanması, liderlərin media nümayəndələri üçün birgə bəyanatı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]