Moskvada IX Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Moskva, 29 sentyabr, AZƏRTAC
Oktyabrın 5-dən 14-dək Moskvada S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival MDB ölkələrinin Mədəniyyət İli çərçivəsində təşkil olunur. V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının direktoru İrina Korçevnikovanın sözlərinə görə, Abdulla Şaiq adına Kukla Teatrının kollektivi festivalda “Ağ və qara” tamaşası ilə çıxış edəcək.
Festivalda 7 ölkədən 17 teatr kollektivinin iştirakı gözlənilir. Festival çərçivəsində “dəyirmi masalar” və ustad dərsləri keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]