Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
Bakı, 27 yanvar, AZƏRTAC
Soydaşlarımız Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etmək məqsədilə çəkilmiş erməni filminin Moskvada nümayişinin təxirə salınmasına nail olublar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 26-da Rusiya paytaxtının “Pobeda” kinoteatrında nümayişi nəzərdə tutulmuş “Aran - mistik ölkə” adlı bədii-sənədli filmin təqdimatı təxirə salınıb. Filmdə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun “tarixi Ermənistan” torpağı olduğu iddia edilib.
Filmin nümayişinə kəskin etiraz bildirən Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev şəhər hökumətinin mədəniyyət departamentinə müraciət edib. Erməni separatçılarının məkrli niyyətlərini diqqətə çatdıran icma sədri filmin göstərilməsindən imtina etməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda, Rusiyanın Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda erməni təxribatının qarşısı alınmışdı. Azərbaycanın Qazaxıstandakı səfirliyinin etirazı nəticəsində qardaş ölkədə yalançı faktlara əsaslanan “Qərbi Ermənistan, itirilmiş vətən” adlı erməni filminin nümayişindən imtina edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]