Moskvada yaşayış kompleksində partlayış olub
Moskva, 3 fevral, AZƏRTAC
Moskvanın “Aviasiya” küçəsində yerləşən elit “Alıe parusa” yaşayış kompleksində partlayış olub.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, partlayışın törədilməsində məqsəd tanınmamış DXR-in Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunu yaradan 46 yaşlı erməni Armen Sarkisyana sui-qəsd olub. Rusiya mediasının yazdığına görə, bu şəxs Ermənistanda anadan olub, yeniyetmə yaşlarında Qorlovkaya köçüb. O, 2022-ci ilin sentyabrında Donbasda erməni batalyonunun yaradıldığını elan edib. Sarkisyanın ağır yaralandığı və xəstəxanadakı reanimasiya şöbəsinə çatdırıldığı bildirilir.
Partlayış nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insidenti sui-qəsd adlandırıb.
Hazırda təhqiqat aparılır və hadisənin detalları dəqiqləşdirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]