MÖVSÜMÜN ƏVVƏLİNDƏN ŞƏKİDƏ 140 MİN TONA YAXIN TAXIL İSTEHSAL EDİLMİŞDİR
Şəki, 10 iyul (AZƏRTAC). Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası müvəffəqiyyətlə davam edir.
Şəhər statistika idarəsindən verilən məlumata görə, mövsümün əvvəlindən indiyədək rayonda 55,7 min hektar sahənin taxılı biçilmiş, zəmilərdən 140 min tona yaxın məhsul tədarük olunmuşdur. Yığılmış taxılın 101 min tonu buğda, 38 min tona yaxını arpa, qalanı isə vələmirdir. Hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir.
Hazırda rayonda 30 min hektara yaxın biçiləcək sahə vardır. Cari ildə də Şəkidə taxıl istehsalının 200 min tonu keçəcəyi proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]